https://sputnik.az/20220610/mtahanlardan-xaric-edilen-abituriyentlere-qetiyyen-ii-sans-verilmeyecek---xeberdarliq-442770688.html
İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən II şans verilməyəcək - XƏBƏRDARLIQ
İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən II şans verilməyəcək - XƏBƏRDARLIQ
Sputnik Azərbaycan
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, nəticəsi olmayan şagirdlərin əksəriyyəti məktəbdən çoxdan uzaqlaşanlardır. 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T14:16+0400
2022-06-10T14:16+0400
2022-06-10T14:54+0400
imtahan
təhsil
https://cdnn1.img.sputnik.az/img/42416/19/424161948_0:109:3257:1941_1920x0_80_0_0_2ae7ba2600ba0d941e896a56bcf127a6.jpg
BAKI, 10 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib.DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunları pozanlara qətiyyən ikinci şans verilməyəcək: "Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəmana" çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Bu abituriyentlərə ikinci şans verilməsini istəyənlər nə üçün minlərlə abituriyenti deyil, yalnız qayda-qanunu pozanları düşünür?! Onlar bu addımı bilə-bilə atıblar, buna görə də bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur".Nəticəsi olmayan şagirdlər kimlərdir?M.Abbaszadə nəticəsi olmayan şagirdlərlə bağlı danışaraq bildirib ki, onların əksəriyyəti məktəbi çoxdan atan və təhsildən uzaqlaşanlardır.Sədr hər bir şagirdin icbari təhsilə baş vurmasının vacibliyini vurğulayıb.
https://sputnik.az/20220610/nazir-qizlar-oglanlardan-azerbaycan-bolmesi-rus-bolmesinden-daha-yaxsi-netice-gosterir-442768572.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42416/19/424161948_262:0:2993:2048_1920x0_80_0_0_83402bce788553ffc8878f3b3a8abbfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan
İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən II şans verilməyəcək - XƏBƏRDARLIQ
14:16 10.06.2022 (Yenilənib: 14:54 10.06.2022) Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, nəticəsi olmayan şagirdlərin əksəriyyəti məktəbdən çoxdan uzaqlaşanlardır.
BAKI, 10 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib.
DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunları pozanlara qətiyyən ikinci şans verilməyəcək:
"Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəmana" çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Bu abituriyentlərə ikinci şans verilməsini istəyənlər nə üçün minlərlə abituriyenti deyil, yalnız qayda-qanunu pozanları düşünür?! Onlar bu addımı bilə-bilə atıblar, buna görə də bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur".
Nəticəsi olmayan şagirdlər kimlərdir?
M.Abbaszadə nəticəsi olmayan şagirdlərlə bağlı danışaraq bildirib ki, onların əksəriyyəti məktəbi çoxdan atan və təhsildən uzaqlaşanlardır.
Sədr hər bir şagirdin icbari təhsilə baş vurmasının vacibliyini vurğulayıb.