Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib

© Sputnik / Murad OrujovBakı metrosunda sərnişin qatarı, arxiv şəkli
Bakı metrosunda sərnişin qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
"Bakı Metropoliteni" QSC-də “Formula-1"lə əlaqədar yeni növbətçilik cədvəli tərtib olunub.
BAKI, 10 iyun — Sputnik. “Formula-1"lə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.
Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır. Yarışla əlaqədar günün müxtəlif vaxtlarında sərnişinlərin axın istiqamətlərinin dəyişməsi ehtimalı olduğundan ehtiyat qatarlar istənilən an xəttə çıxmağa hazır saxlanılır.
Qeyd edək ki, Bakıda "Formula-1" üzrə Azərbaycan Qran Prisinə start verilib və iyunun 12-dək davam edəcək.
Bakı metrosunda sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
PAYTAXT XƏBƏRLƏRİ
Bakı metrosunda həyəcan: Sərnişinin başına nə iş gəlib?
Xəbər lenti
0