https://sputnik.az/20220609/kuce-parklanmasinda-ozbasinaliq--cra-bascilari-parkinq-ucun-sekileri-metr-metr-satir-442701109.html
Küçə parklanmasında özbaşınalıq -"İcra başçıları parkinq üçün səkiləri metr-metr satır"
Küçə parklanmasında özbaşınalıq -"İcra başçıları parkinq üçün səkiləri metr-metr satır"
Sputnik Azərbaycan
Mais Ağayev bildirib ki, qanunvericiliyə görə, səkilərin çox geniş olduğu yerlərdə piyadaların gediş-gəlişinə mane olmayacaq formada parklanma yerinin təşkili... 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T09:49+0400
2022-06-09T09:49+0400
2022-06-09T09:49+0400
parklanma
paytaxt xəbərləri
qanunsuz
icra başçısı
elməddin muradlı
bakı
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426677091_250:0:3891:2048_1920x0_80_0_0_5eea782a40369cefeeb51f187a2063d3.jpg
BAKI, 8 iyun — Sputnik. Srağagün paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi və səkinin zəbt edilməsi hesabına yaradılmış qanunsuz parkinqin sökülməsi Bakıda qanunsuz parklanma problemini yenidən aktuallaşdırıb. Bunun ardınca Azadlıq prospektində də səkilərin parklanma yerinə çevrildiyini əks etdirən görüntülər paylaşılıb. Göründüyü kimi Bakıda qanunsuz parklanma yerlərinin yaradılması ciddi problemə çevrilib.Bəs görəsən yerüstü parkinqlərin yaradılması hansı qaydalara uyğun həyata keçirilməlidir? Belə parklanma yerləri sökülə bilərmi?Parklanma yerləri necə təşkil edilməlidir?Sputnik Azərbaycan-ın Bakı Nəqliyyat Agentliyinə ünvanladığı bu sorğuya Agentliyin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adından da bəlli olduğu kimi küçə parklanma yerləri küçələrdə tələbatın olduğu yerlərdə və ən əsası da infrastrukturun imkan verdiyi ərazilərdə təşkil oluna bilər. Bakı Nəqliyyat Agentliyi istər parklanma yerlərinin təşkili, istərsə də digər infrastruktur işləri zamanı xüsusilə nəzərə aldığı məqam piyadaların hərəkət təhlükəsizliyi ilə bağlıdır. Onu da qeyd edim ki, səkilərin çox geniş olduğu yerlərdə piyadaların gediş-gəlişinə mane olmayacaq formada parklanma yerinin təşkili mümkündür. Qanunvericilikdə də bu hal öz əksini tapıb".Səkidə parkinq yaratmaq mümkündürmü?M. Ağayev bildirib ki, parklanma yeri qanunsuz yaradıldıqda sökülə bilər: "Təbii ki, əgər parklanma yeri qanunsuz təşkil olunubsa və ya piyadaların hərəkətinə maneə yaradırsa sökülməsi məqsədə uyğundur"."Səkiləri metr-metr satırlar"Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən qanunsuz parklanma yerlərinin yaradılmasına elə dövlət qurumları rəvac verir. Ekspertin sözlərinə görə, Bakıda kifayət qədər geniş səkilər olub. Amma rayon icra hakimiyyətləri belə səkiləri metr-metr satır: " Binaların birinci mərtəbələrində iaşə obyektləri bir tərəfdən, qanunsuz parkinqlər isə digər tərəfdən səkiləri zəbt edir. Səkinin bir hissəsini piyadaların keçidinə mane yaratmadan kəsib parklanma yeri yaratmaq olar. Amma bunu yaşıllıqları məhv edərək, səkiləri tam zəbt edərək həyata keçirmək düzgün deyil".Həmsöhbətimiz bildirib ki, parklanma siyasəti planlı şəkildə həyata keçirilməlidir. Bakıda isə bu planlı şəkildə həyata keçirilmir. E. Muradlının sözlərinə görə, parklanma yerləri uyğun yerlərdə təşkil edilməlidir. Ekspert deyir ki, Bülbül prospektində isə qanunsuz parklanma şəxsi münasibətlər zəmnində həll edib.E. Muradlı dövlət qurumlarında vəzifəli şəxslərin öz maraqlarına uyğun davrandığını iddia edir. O, bildirir ki, şəhərdə ağaclar yarpaqlayan kimi bir çox yol nişanları, işıqforlar ağacların yarpaqları arasında görünməz olur. Yol polisi belə halları aşkarlayaraq həmin ağacların budanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, Nazirlik payız gəlib yarpaqlar tökülsə də bu problemi həll etmir:"Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanların həyatı üçün təhlükə yaradan ağacların budaqlarını kəsmək üçün edilən heç bir müraciətə operativ cavab vermir. Bunu Mənzil İstismar Sahələri etdikdə gəlib onları cərimə edir ki, niyə bizim icazəmiz olmadan budaq kəsmisiniz? Amma 70 illik ağacın kəsilməsinə dərhal icazə verirlər. Sonra da açıqlama verirlər ki, biz ağacın başqa yerdə əkilməsi şərtilə çıxardılmasına rəy vermişik. Bəyəm bu nazirlik rəy verdiyi ağacın taleyi ilə maraqlanmaq üçün ağacın kəsildiyi yerə baxış keçirməyibmi? Bu utancverici haldır. Parklanma yerlərinin yaradılması ilə bağlı dövlət qurumlarının verdiyi açıqlamalar bir-birinə ziddiyət təşkil edir. Birinin sözü birinin sözünə uyğun gəlmir. Heç kəs buna görə günahını boynuna alıb üzr istəmir. Heş şübhəsiz ki, ağacın kəsilərək yerində parklanma yerinin yaradılmasından Nəsimi rayon İcra Hakimiyyətinin başçısı da xəbərdardır. Amma o da problemi hansısa səbəbdən görməzdən gəlib. Bütün qurumlar günahı boynundan atsa da ortada bir reallıq var. Bakının mərkəzi küçəsində dövlət qurumlarının icazəsi və razılığı olmadan nəinki bir ağac kəsilib parklanma yeri yaradıla, səkidən bir daş belə tərpətmək olmazdı"."Hərə öz idarəsinin, obyektinin qarşısında parkinq yaradır"Həmsöhbətimiz onu da qeyd edib ki, Bakıda avtomobilin sayının artması parklanma yerlərinə təlabatı artırır. Digər tərəfdən hərə öz idarəsinin, obyektinin qarşısında avtomobilini rahat saxlamaq üçün yer istəyir: " Qanunsuz parklanma yerinin təşkil olunduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə Qış Parkınındakı yeraltı avtomobil dayanacağının arasında çox qısa məsafə var. İttifaqın işçiləri orada avtomobilini park edib işə piyada da gələ bilər. Amma onlar daha rahat olmaları üçün ağacı kəsib, səkini zəbt edilib parkinq yaratmağı üstün tutublar.Ekologiyaya qənim kəsiliblərMuradlı bildirir ki, ağacların yolkənarlarında əkilməsi təsadüfi deyil. Ağaclar yolda avtomobillərin hərəkəti nəticəsində havaya atılan zəhərli qazların təmizlənməsinə xidmət edir: "Ekologiyanı qorumalı olan bir nazirliyin ağacı kəsmək barədə rəy verməsi isə cəmiyyətin zəhərlənməsi deməkdir. Heç kəsin şəxsi marağı cəmiyyətin marağından üstün ola bilməz. Qanunsuz parklanmanın ləğv edilməsi üçün prezidentin müdaxiləsi göstərdi ki, dövlət qurumları öz vəzifələrini yerinə yetirmirlər. Əgər hər problem prezidentin göstərişi ilə aradan qaldırılacaqsa bəs bu dövlət qurumlarında vəzifə tutanlar nəyə lazımdır? Dünən beş qurum qanunsuz parklanma yerinini yaradılması ilə bağlı məsələni bir-birinin üstünə atmaqla məşğul oldu. Sözsüz ki, prezidentin tapşırığı ilə günahkarlar tapılıb cəzalandırılacaq. Amma vəzifəli şəxslər bundan ibrət götürüb daşıdıqları vəzifənin məsuliyyətini dərk etməlidirlər. Əks halda Bakıda yol kənarında ağac qalmayacaq".Qeyd edək ki, dünən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı görüntülər yayılıb. Daha sonra həmin parklanmanın ləğv edilməsi ilə bağlı prezident tərəfindən qərar verilib. Bundan sonra qanunsuz parklanma yeri ləğv edilib, səki əvvəlki vəziyyətinə qaytarılıb.
https://sputnik.az/20220607/bakida-coxillik-agaclari-kesib-yerinde-parkinq-yaratdilar---bna-arasdirmaya-basladi-442633157.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426677091_810:0:3541:2048_1920x0_80_0_0_5e9b3da86e35136e84b0e9890edd29b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
parklanma, qanunsuz, icra başçısı, elməddin muradlı, bakı
parklanma, qanunsuz, icra başçısı, elməddin muradlı, bakı
Küçə parklanmasında özbaşınalıq -"İcra başçıları parkinq üçün səkiləri metr-metr satır"
Mais Ağayev bildirib ki, qanunvericiliyə görə, səkilərin çox geniş olduğu yerlərdə piyadaların gediş-gəlişinə mane olmayacaq formada parklanma yerinin təşkili mümkündür.
BAKI, 8 iyun — Sputnik. Srağagün paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi və səkinin zəbt edilməsi hesabına yaradılmış qanunsuz parkinqin sökülməsi Bakıda qanunsuz parklanma problemini yenidən aktuallaşdırıb. Bunun ardınca Azadlıq prospektində də səkilərin parklanma yerinə çevrildiyini əks etdirən görüntülər paylaşılıb. Göründüyü kimi Bakıda qanunsuz parklanma yerlərinin yaradılması ciddi problemə çevrilib.
Bəs görəsən yerüstü parkinqlərin yaradılması hansı qaydalara uyğun həyata keçirilməlidir? Belə parklanma yerləri sökülə bilərmi?
Parklanma yerləri necə təşkil edilməlidir?
Sputnik Azərbaycan-ın Bakı Nəqliyyat Agentliyinə ünvanladığı bu sorğuya Agentliyin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adından da bəlli olduğu kimi küçə parklanma yerləri küçələrdə tələbatın olduğu yerlərdə və ən əsası da infrastrukturun imkan verdiyi ərazilərdə təşkil oluna bilər. Bakı Nəqliyyat Agentliyi istər parklanma yerlərinin təşkili, istərsə də digər infrastruktur işləri zamanı xüsusilə nəzərə aldığı məqam piyadaların hərəkət təhlükəsizliyi ilə bağlıdır. Onu da qeyd edim ki, səkilərin çox geniş olduğu yerlərdə piyadaların gediş-gəlişinə mane olmayacaq formada parklanma yerinin təşkili mümkündür. Qanunvericilikdə də bu hal öz əksini tapıb".
Səkidə parkinq yaratmaq mümkündürmü?
M. Ağayev bildirib ki, parklanma yeri qanunsuz yaradıldıqda sökülə bilər: "Təbii ki, əgər parklanma yeri qanunsuz təşkil olunubsa və ya piyadaların hərəkətinə maneə yaradırsa sökülməsi məqsədə uyğundur".
"Səkiləri metr-metr satırlar"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən qanunsuz parklanma yerlərinin yaradılmasına elə dövlət qurumları rəvac verir. Ekspertin sözlərinə görə, Bakıda kifayət qədər geniş səkilər olub. Amma rayon icra hakimiyyətləri belə səkiləri metr-metr satır: " Binaların birinci mərtəbələrində iaşə obyektləri bir tərəfdən, qanunsuz parkinqlər isə digər tərəfdən səkiləri zəbt edir. Səkinin bir hissəsini piyadaların keçidinə mane yaratmadan kəsib parklanma yeri yaratmaq olar. Amma bunu yaşıllıqları məhv edərək, səkiləri tam zəbt edərək həyata keçirmək düzgün deyil".
Həmsöhbətimiz bildirib ki, parklanma siyasəti planlı şəkildə həyata keçirilməlidir. Bakıda isə bu planlı şəkildə həyata keçirilmir. E. Muradlının sözlərinə görə, parklanma yerləri uyğun yerlərdə təşkil edilməlidir. Ekspert deyir ki, Bülbül prospektində isə qanunsuz parklanma şəxsi münasibətlər zəmnində həll edib.
E. Muradlı dövlət qurumlarında vəzifəli şəxslərin öz maraqlarına uyğun davrandığını iddia edir. O, bildirir ki, şəhərdə ağaclar yarpaqlayan kimi bir çox yol nişanları, işıqforlar ağacların yarpaqları arasında görünməz olur. Yol polisi belə halları aşkarlayaraq həmin ağacların budanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, Nazirlik payız gəlib yarpaqlar tökülsə də bu problemi həll etmir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanların həyatı üçün təhlükə yaradan ağacların budaqlarını kəsmək üçün edilən heç bir müraciətə operativ cavab vermir. Bunu Mənzil İstismar Sahələri etdikdə gəlib onları cərimə edir ki, niyə bizim icazəmiz olmadan budaq kəsmisiniz? Amma 70 illik ağacın kəsilməsinə dərhal icazə verirlər. Sonra da açıqlama verirlər ki, biz ağacın başqa yerdə əkilməsi şərtilə çıxardılmasına rəy vermişik. Bəyəm bu nazirlik rəy verdiyi ağacın taleyi ilə maraqlanmaq üçün ağacın kəsildiyi yerə baxış keçirməyibmi? Bu utancverici haldır.
Parklanma yerlərinin yaradılması ilə bağlı dövlət qurumlarının verdiyi açıqlamalar bir-birinə ziddiyət təşkil edir. Birinin sözü birinin sözünə uyğun gəlmir. Heç kəs buna görə günahını boynuna alıb üzr istəmir. Heş şübhəsiz ki, ağacın kəsilərək yerində parklanma yerinin yaradılmasından Nəsimi rayon İcra Hakimiyyətinin başçısı da xəbərdardır. Amma o da problemi hansısa səbəbdən görməzdən gəlib. Bütün qurumlar günahı boynundan atsa da ortada bir reallıq var. Bakının mərkəzi küçəsində dövlət qurumlarının icazəsi və razılığı olmadan nəinki bir ağac kəsilib parklanma yeri yaradıla, səkidən bir daş belə tərpətmək olmazdı".
"Hərə öz idarəsinin, obyektinin qarşısında parkinq yaradır"
Həmsöhbətimiz onu da qeyd edib ki, Bakıda avtomobilin sayının artması parklanma yerlərinə təlabatı artırır. Digər tərəfdən hərə öz idarəsinin, obyektinin qarşısında avtomobilini rahat saxlamaq üçün yer istəyir: " Qanunsuz parklanma yerinin təşkil olunduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə Qış Parkınındakı yeraltı avtomobil dayanacağının arasında çox qısa məsafə var. İttifaqın işçiləri orada avtomobilini park edib işə piyada da gələ bilər. Amma onlar daha rahat olmaları üçün ağacı kəsib, səkini zəbt edilib parkinq yaratmağı üstün tutublar.
Ekologiyaya qənim kəsiliblər
Muradlı bildirir ki, ağacların yolkənarlarında əkilməsi təsadüfi deyil. Ağaclar yolda avtomobillərin hərəkəti nəticəsində havaya atılan zəhərli qazların təmizlənməsinə xidmət edir: "Ekologiyanı qorumalı olan bir nazirliyin ağacı kəsmək barədə rəy verməsi isə cəmiyyətin zəhərlənməsi deməkdir. Heç kəsin şəxsi marağı cəmiyyətin marağından üstün ola bilməz. Qanunsuz parklanmanın ləğv edilməsi üçün prezidentin müdaxiləsi göstərdi ki, dövlət qurumları öz vəzifələrini yerinə yetirmirlər. Əgər hər problem prezidentin göstərişi ilə aradan qaldırılacaqsa bəs bu dövlət qurumlarında vəzifə tutanlar nəyə lazımdır? Dünən beş qurum qanunsuz parklanma yerinini yaradılması ilə bağlı məsələni bir-birinin üstünə atmaqla məşğul oldu. Sözsüz ki, prezidentin tapşırığı ilə günahkarlar tapılıb cəzalandırılacaq. Amma vəzifəli şəxslər bundan ibrət götürüb daşıdıqları vəzifənin məsuliyyətini dərk etməlidirlər. Əks halda Bakıda yol kənarında ağac qalmayacaq".
Qeyd edək ki, dünən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı görüntülər yayılıb. Daha sonra həmin parklanmanın ləğv edilməsi ilə bağlı prezident tərəfindən qərar verilib. Bundan sonra qanunsuz parklanma yeri ləğv edilib, səki əvvəlki vəziyyətinə qaytarılıb.