https://sputnik.az/20220609/dunyada-qida-menseli-xestelikler-yayilir-442685248.html
Dünyada qida mənşəli xəstəliklər yayılır
Dünyada qida mənşəli xəstəliklər yayılır
Sputnik Azərbaycan
Qida mənşəli xəstəliklərin təqribən 40 faizi 5 yaşadək uşaqların payına düşür. Bu xəstəliklər hər il 125 min körpənin həyatına son qoyur 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T08:37+0400
2022-06-09T08:37+0400
2022-06-09T08:37+0400
qida
səhiyyə
xəstəlik
üst
ümumdünya səhiyyə təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608730_0:320:3072:2048_1920x0_80_0_0_4bd045786be035cfe6bb473a62f810d2.jpg
BAKI, 9 iyun — Sputnik. Hər il 600 milyon nəfər, yəni planetimizin sakinlərinin təxminən 10 nəfərindən biri bakteriya, virus, parazit və ya kimyəvi maddələrlə zəhərlənmiş qida məhsullarından istifadə nəticəsində xəstələnir. Onlardan təqribən 420 min nəfəri qida mənşəli xəstəliklər nəticəsində vəfat edir.Bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayıb.Qida məhsullarının təhlükəsizliyi mövzusu ilbəil daha artıq dərəcədə aktuallaşır. Qida mənşəli xəstəliklər insanın sağlamlığına zərər vurmaqla bərabər, həm də sosial-iqtisadi inkişafa ciddi maneədir, çünki bu xəstəliklər səhiyyə sistemlərinin yükünü hədsiz artırır, milli iqtisadiyyata, turizmə və ticarətə ziyan vurur.Qida mənşəli xəstəliklər əsasən zəhərlənmiş su və qida vasitəsilə orqanizmə düşən bakteriya, virus və ya kimyəvi maddələrlə bağlı infeksion xəstəliklər və ya intoksikasiyalardır. Onlar diareyadan başlamış xərçəngə qədər 200-dən çox xəstəliyin törədiciləridir.Qida mənşəli xəstəliklərin təqribən 40 faizi 5 yaşadək uşaqların payına düşür. Bu xəstəliklər hər il 125 min körpənin həyatına son qoyur.Urbanizasiya və istehlakçıların davranışının dəyişməsi, o cümlədən turizmin geniş yayılması ictimai yerlərdə hazırlanmış qida məhsullarını alan və istifadə edən insanların sayının artmasına səbəb olur. Qloballaşma şəraitində qida məhsullarının geniş spektrinə tələbat artır, bu isə qlobal ərzaq zəncirinin mürəkkəbləşməsinə və uzanmasına səbəb olur.Son onillikdə planetin bütün qitələrində qida mənşəli xəstəliklərin ciddi yayılması qeydə alınıb. Dünyada ticarətin qloballaşması nəticəsində bir sıra hallarda bu xəstəliklərin miqyası daha da genişlənir.Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi fermada başlanan və istehlakçının masası üzərində başa çatan çox mürəkkəb prosesdir. Yeyinti sənayesi işçilərinin və istehlakçıların heç də hamısı özlərinin və ətrafdakı insanların sağlamlığının təmin edilməsində öz rolunu, o cümlədən qida məhsullarının alışı, satışı və hazırlanması prosesində əsas gigiyena qaydalarına riayət etməyin zəruri olmasını dərk etmir. Halbuki, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə hər kəs töhfə verə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608730_341:0:3072:2048_1920x0_80_0_0_d3f80d1bb52d9f187866e8a7e00f78fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qida, xəstəlik, üst, ümumdünya səhiyyə təşkilatı
qida, xəstəlik, üst, ümumdünya səhiyyə təşkilatı
Dünyada qida mənşəli xəstəliklər yayılır
Qida mənşəli xəstəliklərin təqribən 40 faizi 5 yaşadək uşaqların payına düşür. Bu xəstəliklər hər il 125 min körpənin həyatına son qoyur
BAKI, 9 iyun — Sputnik. Hər il 600 milyon nəfər, yəni planetimizin sakinlərinin təxminən 10 nəfərindən biri bakteriya, virus, parazit və ya kimyəvi maddələrlə zəhərlənmiş qida məhsullarından istifadə nəticəsində xəstələnir. Onlardan təqribən 420 min nəfəri qida mənşəli xəstəliklər nəticəsində vəfat edir.
Bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayıb.
Qida məhsullarının təhlükəsizliyi mövzusu ilbəil daha artıq dərəcədə aktuallaşır. Qida mənşəli xəstəliklər insanın sağlamlığına zərər vurmaqla bərabər, həm də sosial-iqtisadi inkişafa ciddi maneədir, çünki bu xəstəliklər səhiyyə sistemlərinin yükünü hədsiz artırır, milli iqtisadiyyata, turizmə və ticarətə ziyan vurur.
Qida mənşəli xəstəliklər əsasən zəhərlənmiş su və qida vasitəsilə orqanizmə düşən bakteriya, virus və ya kimyəvi maddələrlə bağlı infeksion xəstəliklər və ya intoksikasiyalardır. Onlar diareyadan başlamış xərçəngə qədər 200-dən çox xəstəliyin törədiciləridir.
Qida mənşəli xəstəliklərin təqribən 40 faizi 5 yaşadək uşaqların payına düşür. Bu xəstəliklər hər il 125 min körpənin həyatına son qoyur.
Urbanizasiya və istehlakçıların davranışının dəyişməsi, o cümlədən turizmin geniş yayılması ictimai yerlərdə hazırlanmış qida məhsullarını alan və istifadə edən insanların sayının artmasına səbəb olur. Qloballaşma şəraitində qida məhsullarının geniş spektrinə tələbat artır, bu isə qlobal ərzaq zəncirinin mürəkkəbləşməsinə və uzanmasına səbəb olur.
Son onillikdə planetin bütün qitələrində qida mənşəli xəstəliklərin ciddi yayılması qeydə alınıb. Dünyada ticarətin qloballaşması nəticəsində bir sıra hallarda bu xəstəliklərin miqyası daha da genişlənir.
Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi fermada başlanan və istehlakçının masası üzərində başa çatan çox mürəkkəb prosesdir. Yeyinti sənayesi işçilərinin və istehlakçıların heç də hamısı özlərinin və ətrafdakı insanların sağlamlığının təmin edilməsində öz rolunu, o cümlədən qida məhsullarının alışı, satışı və hazırlanması prosesində əsas gigiyena qaydalarına riayət etməyin zəruri olmasını dərk etmir. Halbuki, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə hər kəs töhfə verə bilər.