Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zelenski görüş xatirinə görüş istəyir - Lavrov

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, bu, Ukrayna nümayəndə heyətinin irəli sürdüyü təşəbbüslərlə tamamilə ziddiyyət təşkil edir.
BAKI, 8 iyun — Sputnik. Rusiya və Ukrayna prezidentləri Vladimir PutinVladimir Zelenski arasında görüş imkanı yalnız Moskva və Kiyev arasında danışıqlar prosesi bərpa edildikdən sonra yaranacaq. TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Biz ona əsaslanırıq ki, ilk növbədə danışıq qruplarının fəaliyyətinin bərpası lazımdır", - o deyib.

Lavrovun sözlərinə görə, Ukrayna lideri Rusiya ilə danışıqlara qeyri-ciddi yanaşma sərgiləyir:
"Zelenski görüş xatirinə görüş istəyir, onun həftədə yeddi cüməsi var. O, dəfələrlə bəyan edib ki, biz danışıqları yalnız ruslar öz kontingentini fevralın 24-dək olan xəttə çəksələr bərpa edəcəyik. Bu, tamamilə qeyri-ciddi yanaşmadır. Bu, Ukrayna nümayəndə heyətinin özünün martın 29-da burada, İstanbulda irəli sürdüyü təşəbbüslərlə tamamilə ziddiyyət təşkil edir".
Nazir əlavə edib ki, Ukrayna tərəfi aprelin ortalarından bəri Kiyevlə saziş layihələrinin Rusiya variantına cavab verməyib.
"Top iki aydır ki, ukraynalıların tərəfindədir. Aprelin ortalarında, əvvəllər İstanbulda təsvir edilən öz yanaşmalarını dəyişdikdə, biz bunu əsas kimi qəbul etməyə hazır idik, lakin bir ya iki gündən sonra dərhal bundan da imtina etdilər. Buna baxmayaraq, təmaslar davam etdirildi və saziş layihəsinin növbəti variantı ilə bağlı baxışımız aprelin ortalarında onlara təqdim edildi. O vaxtdan bəri heç bir cavab almamışıq", - deyə o, fikirlərini tamamlayıb.
Qeyd edək ki, bu gün Türkiyədə Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib. XİN rəhbərlərinin görüşündə Suriya, Ukrayna, Cənubi Qafqaz ətrafındakı vəziyyət və ikitərəfli münasibətlərdə önəm kəsb edən digər məsələlər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0