https://sputnik.az/20220608/kohneni-getir-yenini-al-utilizasiyaya-geden-avtomobil-ucun-dovlet-pul-odeyecek-442645317.html
Köhnəni gətir yenini al: Utilizasiyaya gedən avtomobil üçün dövlət pul ödəyəcək
Köhnəni gətir yenini al: Utilizasiyaya gedən avtomobil üçün dövlət pul ödəyəcək
Sputnik Azərbaycan
Azərbaycanda köhnə avtomobillərin utilizasiya proqramı bu ilin sonuna qədər həyata keçirilə bilər. 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T09:30+0400
2022-06-08T09:30+0400
2022-06-08T09:30+0400
avtomobil
cəmiyyət
utilizasiya
https://cdnn1.img.sputnik.az/img/42219/71/422197137_0:0:3129:1760_1920x0_80_0_0_2609f0e2ff9befd211c9e5ac0d433bf1.jpg
BAKI, 8 iyun — Sputnik. Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.Bunu Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib. O qeyd edib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb. Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.Azərbaycanda köhnə avtomobillərin utilizasiyası barədə bir neçə ildir ki, danışılır. Amma hələ də respublikamızın avtomobil yollarında köhnə avtomobillər şütüyür.Avtomobil parkının vəziyyəti necədir?Rasim Səttarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Nazir müşaviri bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir.Proses hələki könüllü olacaqO, əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaqlar. Yəni bu, onların könüllü seçimidir.Köhnə avtomobilin əvəzinə vauçerHəmsöhbətimiz deyir ki, utilizasiya proqramı ekoloji və təhlükə baxımından istifadəyə yararsız avtomobillərə şamil ediləcək. Vətəndaşlar köhnə avtomobillərini satmağa müxtəlif yollarla həvəsləndiriləcək:"Köhnə avtomobilləri qəbul edən təşkilatlar olacaq. Onlar köhnə avtomobili alıb əvəzində vətəndaşa vauçer verəcək. Həmin vauçerlə vətəndaş yeni alacağı avtomobilin dəyərinin bir hissəsini ödəmiş olacaq. Tutaq ki, avtomobil 10 manat dəyərindədirsə, vətəndaşa 9 maatlıq vauçer veriləcək".R.Səttarzadənin sözlərinə görə, vətəndaş ona veriləcək vauçerlə ancaq yeni avtomobil ala bilər. Həmin vauçerdən 20 il istismar edilən avtomobili almaq üçün istifadə edilə bilməz. Yox, əgər vətəndaş köhnə avtomobilini utilizasiyaya təqdim edib yeni avtomobil almaq istəmirsə, bu zaman ödəniləcək məbləği pul formasında ala bilər. Amma bu zaman köhnə avtomobilə görə ödəniləcək məbləğ aşağı olacaq.R. Səttarov deyir ki, hazırda köhnə avtomobillərin atmosferə ziyanı daha çoxdur. Çünki, köhnə avtomobillərin mühərrikinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı daha çox olur.Proqrama başlamamış çox iş görülməlidirAvtonəqliyyat eksperti Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, utilizasiya proqramına ciddi ehtiyac var. Çünki, ölkəmizdə avtomobil parkının çoxu ömrünü başa vurmuş köhnə avtomobillərlə doludur. Avtomobil parkının yenilənməsi üçün utilizasiya proqramına başlanılmalıdır. Çünki yanvar ayından ölkəmizə idxal olunan ekoloji avtomobillər əlavə dəyər vergisindən azad olunub.Avtokredit şərtləri yumşaldılmalıdırHəmsöhbətimiz bildirir ki, köhnə avtomobilini utilizasiya üçün verən vətəndaşa yeni avtomobil almağa imkan yaradılmalıdır. Hazırda yeni avtomobil almaq üçün kredit şərtləri çox ağırdır:"Bunun üçün avtomobilin dəyərinin 40 faizi ilkin ödəniş kimi tələb olunur. İllik faiz dərəcəsi isə 20 faizdən aşağı deyil. Ona görə də biz utilizasiya proqramını tətbiq edənədək avtokredit şərtlərini yumşaltmalı, vətəndaşlar üçün əlçatan etməliyik. İlin sonunadək avtokredit şərtləri yumşaldılmalıdır".Əvvəlcə könüllü, sonra icbari?E. Cəfərov bildirir ki, bu problemlər həll olunmamış utilizasiya proqramının icrası çətin olacaq. Utilizasiya proqramının hələki könüllü xarakter daşıması nəzərdə tutulsa da, gələcəkdə məcburi ola bilər. Çünki, bu gün ölkədə metalloma çevrilən nəqliyyat vasitələri çoxdur. Belə istismara yararsız qalan avtomobillər şüalanma yaradaraq ətraf mühitə ziyan vurur. Həmin metallomların yığışdırılması üçün gələcəkdə icbari utilizasiya da tətbiq edilə bilər.Ekspertin sözlərinə görə, iri avtomobil sənayesi ölkələrində utilizasiya proqramının tətbiqi çox rahat həyata keçirilir. Avtomobil istehsalçıları köhnə avtomobilləri alıb vətəndaşlara asan şərtlərlə öz avtomobillərini təqdim edirlər. Azərbaycanda isə bu proqrama qoşulan şirkətə yəqin ki, dövlət dotasiya verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211103/ajiotaj-gozlenilmese-de-maraq-artacaq---neqliyyat-eksperti-utilizasiya-ve-hibridler-haqda-434855187.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42219/71/422197137_0:0:2731:2048_1920x0_80_0_0_6dc8ebedfb3542ae435c24d96fc76dd6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtomobil, utilizasiya
Köhnəni gətir yenini al: Utilizasiyaya gedən avtomobil üçün dövlət pul ödəyəcək
Azərbaycanda köhnə avtomobillərin utilizasiya proqramı bu ilin sonuna qədər həyata keçirilə bilər.
BAKI, 8 iyun — Sputnik. Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.
Bunu Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib. O qeyd edib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb. Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası barədə bir neçə ildir ki, danışılır. Amma hələ də respublikamızın avtomobil yollarında köhnə avtomobillər şütüyür.
Avtomobil parkının vəziyyəti necədir?
Rasim Səttarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Nazir müşaviri bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir.
Proses hələki könüllü olacaq
O, əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaqlar. Yəni bu, onların könüllü seçimidir.
Köhnə avtomobilin əvəzinə vauçer
Həmsöhbətimiz deyir ki, utilizasiya proqramı ekoloji və təhlükə baxımından istifadəyə yararsız avtomobillərə şamil ediləcək. Vətəndaşlar köhnə avtomobillərini satmağa müxtəlif yollarla həvəsləndiriləcək:
"Köhnə avtomobilləri qəbul edən təşkilatlar olacaq. Onlar köhnə avtomobili alıb əvəzində vətəndaşa vauçer verəcək. Həmin vauçerlə vətəndaş yeni alacağı avtomobilin dəyərinin bir hissəsini ödəmiş olacaq. Tutaq ki, avtomobil 10 manat dəyərindədirsə, vətəndaşa 9 maatlıq vauçer veriləcək".
R.Səttarzadənin sözlərinə görə, vətəndaş ona veriləcək vauçerlə ancaq yeni avtomobil ala bilər. Həmin vauçerdən 20 il istismar edilən avtomobili almaq üçün istifadə edilə bilməz. Yox, əgər vətəndaş köhnə avtomobilini utilizasiyaya təqdim edib yeni avtomobil almaq istəmirsə, bu zaman ödəniləcək məbləği pul formasında ala bilər. Amma bu zaman köhnə avtomobilə görə ödəniləcək məbləğ aşağı olacaq.
R. Səttarov deyir ki, hazırda köhnə avtomobillərin atmosferə ziyanı daha çoxdur. Çünki, köhnə avtomobillərin mühərrikinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı daha çox olur.
Proqrama başlamamış çox iş görülməlidir
Avtonəqliyyat eksperti Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, utilizasiya proqramına ciddi ehtiyac var. Çünki, ölkəmizdə avtomobil parkının çoxu ömrünü başa vurmuş köhnə avtomobillərlə doludur. Avtomobil parkının yenilənməsi üçün utilizasiya proqramına başlanılmalıdır. Çünki yanvar ayından ölkəmizə idxal olunan ekoloji avtomobillər əlavə dəyər vergisindən azad olunub.
Avtokredit şərtləri yumşaldılmalıdır
Həmsöhbətimiz bildirir ki, köhnə avtomobilini utilizasiya üçün verən vətəndaşa yeni avtomobil almağa imkan yaradılmalıdır. Hazırda yeni avtomobil almaq üçün kredit şərtləri çox ağırdır:
"Bunun üçün avtomobilin dəyərinin 40 faizi ilkin ödəniş kimi tələb olunur. İllik faiz dərəcəsi isə 20 faizdən aşağı deyil. Ona görə də biz utilizasiya proqramını tətbiq edənədək avtokredit şərtlərini yumşaltmalı, vətəndaşlar üçün əlçatan etməliyik. İlin sonunadək avtokredit şərtləri yumşaldılmalıdır".
Əvvəlcə könüllü, sonra icbari?
E. Cəfərov bildirir ki, bu problemlər həll olunmamış utilizasiya proqramının icrası çətin olacaq. Utilizasiya proqramının hələki könüllü xarakter daşıması nəzərdə tutulsa da, gələcəkdə məcburi ola bilər. Çünki, bu gün ölkədə metalloma çevrilən nəqliyyat vasitələri çoxdur. Belə istismara yararsız qalan avtomobillər şüalanma yaradaraq ətraf mühitə ziyan vurur. Həmin metallomların yığışdırılması üçün gələcəkdə icbari utilizasiya da tətbiq edilə bilər.
Ekspertin sözlərinə görə, iri avtomobil sənayesi ölkələrində utilizasiya proqramının tətbiqi çox rahat həyata keçirilir. Avtomobil istehsalçıları köhnə avtomobilləri alıb vətəndaşlara asan şərtlərlə öz avtomobillərini təqdim edirlər. Azərbaycanda isə bu proqrama qoşulan şirkətə yəqin ki, dövlət dotasiya verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.