SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə XİN rəhbərlərindən önəmli açıqlamalar

© AFP 2024 / ADEM ALTANДжейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива
Джейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasından sonra davamlı sülh və sabitlik üçün mühüm addım atılıb.
BAKI, 6 iyun — Sputnik. Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə bildirib.
"Qardaş dövlətin brendinin "Türkiye" olaraq dəyişdirilməsi ilə bağlı təbriklərimi çatdırıram. Bu brend qardaş ölkənin ən yaxşı şəkildə təqdim olunmasıdır. Bu il biz Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpa edilməsinin 30 illiyini qeyd edirik. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyə olub. Əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinədək yüksəlib. Türkiyənin Azərbaycana beynəlxalq hüquqa əsaslanan dəstəyini yüksək qiymətləndiririk. Bu, 44 günlük Vətən müharibəsi zamanı da özünü göstərdi", - o, deyib.
C.Bayramov Türkiyə ilə Azərbaycanın birgə iştirak etdiyi layihələrdən də danışıb.
Qazaxıstan və Türkmənistanla da mühüm görüşlər olacaq
Bu arada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Dost və Qardaş Ölkələrlə Diplomatik Münasibətlərin 30-cu ildönümü münasibətilə təşkil edilən qəbulda mühüm açıqlamalar verib.
Logistika və enerji məsələlərinə diqqət çəkən Çavuşoğlu, qarşıdakı həftələrdə Qazaxıstan və Türkmənistanla görüşlərin keçiriləcəyini bildirib.
"Bizim əsas vəzifəmiz Mərkəzi Asiyada sabitliyi təmin etməkdir. Can Azərbaycanla əlaqələrimiz ən yaxşı səviyyədədir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsindən sonra davamlı sülh və sabitlik üçün mühüm addım atılıb. Ümid edirik ki, Qafqazda bu fürsət əldən verilməyəcək və Azərbaycanın bu addımlarını tam dəstəkləyirik", - deyə Çavuşoğlu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0