DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda referendumdan sonra səslərin sayılmasına başlanılıb

© Sputnik / Murad OrujovQazaxıstan vətəndaşları referendumla bağlı Bakıda keçirilən səsvermədə
Qazaxıstan vətəndaşları referendumla bağlı Bakıda keçirilən səsvermədə - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Referendumda 8 milyondan artıq Qazaxıstan vətəndaşı Konstitasiyaya dəyişikliklərə münasibətini ifadə edib.
BAKI, 5 iyun - Sputnik. Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda səslərin sayılmasına başlanılıb. İnterfax xəbər verir ki, bu barədə respublika MSK-nın katibi Muxtar Yerman məlumat yayıb.
"Referendum komissiyası səslərin hesablanmasına başlayıb. Sabah ərazi komissiyalarının protokollarının elektron formada qəbulunu gözləyirik", - deyə Yerman bazar günü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səsvermənin ilkin nəticələri brifinqdə təqdim olunacaq, brifinqin vaxtı isə daha sonra açıqlanacaq.
Gözlənilir ki, Qazaxıstan MSK referendumun ilkin nəticələrini bazar ertəsi, iyunun 6-da səhər saatlarında elan edəcək.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Qazaxıstanda iyunun 5-də keçirilmiş referendumda seçicilərin 68,44 faizi, yəni 8 milyondan çox insan iştirak edib.
Bazar günü Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı respublika referendumu keçirilib. Referendumda əhalisinin sayı 19,1 milyon nəfərdən çox olan Qazaxıstanın 11,7 milyondan çox vətəndaşı səs verə bilər.
Respublika vətəndaşlarından bir suala cavab vermələri istənilib: “2022-ci il mayın 6-da KİV-də dərc edilmiş “Konstitusiyaya dəyişikliklər və əlavələr haqqında” qanun layihəsində Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklikləri qəbul edirsinizmi”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qazaxıstan vətəndaşları referendumla bağlı Bakıda keçirilən səsvermədə  - Sputnik Azərbaycan, 1920, 05.06.2022
DÜNYA XƏBƏRLƏRİ
Qazaxıstan vətəndaşları referendumla bağlı Bakıda keçirilən səsvermədə necə iştirak edir
Xəbər lenti
0