Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Arktika uğrunda döyüş: İsveç və Finlandiyanın NATO-ya daxil olması niyə təhdiddir?

© AP Photo / Mindaugas KulbisNATO təlimi
NATO təlimi - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
Rusiya Arktika Şurasının Şimali Atlantika Alyansında olmayan yeganə üzvü olaraq qala bilər.
BAKI, 4 iyun — Sputnik. David Narmania. İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı dastan bir neçə aydır ki, davam edir və hələ bitmək üzrə deyil. Bunu məntiqli adlandırmaq çətindir, çünki Stokholm və Helsinkinin alyansa qoşulmaq qərarının özü ilk baxışdan sağlam düşüncəyə tamamilə ziddir.
Bu, ən çox blokun genişlənməsinə qarşı çıxan Türkiyə ilə dialoqda özünü göstərir. Ankarada, Skandinaviya dövlətlərinin paytaxtlarından fərqli olaraq, tarixin tektonik plitələrinin hərəkətini çox həssaslıqla tutdular və bu vəziyyətdə əsas faydalanan ABŞ-la müxtəlif nemətlərlə sövdələşmələr yolu ilə öz müstəqilliklərini möhkəmləndirməyə çalışırlar: döyüş təyyarələrinin tədarükündən tutmuş bu dəfə Suriyada kürdlərə qarşı növbəti əməliyyata qədər.
Xatırladaq ki, türk əsgərlərinin İraqdakı oxşar hərəkətlərini demokratik dünya görməməzliyə vurmağı üstün tutmuşdu. Yeri gəlmişkən, söhbət Vaşinqtonun regiondakı demək olar ki, sonuncu müttəfiqlərindən gedir. Çərşənbə axşamı başlayan əməliyyat hələ mayın sonunda elan edilmişdi və Dövlət Departamenti hətta Türkiyəni danladı, amma bildiyiniz kimi, it hürər – karvan isə öz yoluna davam edər.
Türkiyə bilir ki, son illər dünyada davam edən və son bir neçə ayda geridönməz xarakter alan dəyişikliklər dövlətlərdən, operativ azadlıq tələb edir, əgər onlar gözümüzün qabağında formalaşan yeni beynəlxalq münasibətlər sistemində heç nəsiz qalmaq istəmirlərsə.
© Sputnik / Владимир Песня / Mediabanka keçidStokholm, İsveç - arxiv şəkli
Стокгольм. Архивное фото - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Stokholm, İsveç - arxiv şəkli
İsveç və Finlandiya isə əksinə, Rusiya sərhədlərində "demokratiya forpostu"nun yükünü daşımağa və Şimali Atlantika qardaşlığı bağları və ABŞ qarşısında vassal öhdəlikləri ilə özlərini bağlamaq üçün yola çıxdılar. Həm də bu ölkələr, təhlükəsizlik baxımından ən azı heç nə qazanmırlar, maksimumda nəyisə itirmək riski ilə üzləşirlər. Moskva onlara heç bir təhlükə yaratmırdı, indi isə Rusiyaya münasibətdə nisbətən neytral ölkələrdən ona düşmən olan alyansın üzvü oldular. Eyni zamanda, bu iki ölkə əvvəllər NATO təlimlərində iştirak etmişdilər, ona görə də onların neytrallığı çox şərti idi.
Belə bir vəziyyətdə olan istənilən normal insan, yəqin ki, bunun onlara ən azı iqtisadi baxımdan müəyyən faydalar vəd etdiyini düşünər, lakin görünür, Skandinaviya hökumətləri bu çox normal insanların kəskin kadr çatışmazlığı ilə üzləşirlər. Əgər Finlandiya əvvəllər ÜDM-un(ümumi daxili məhsul) iki faizini müdafiəyə xərcləyirdisə (Birləşmiş Ştatlar öz müttəfiqlərindən məhz bunu tələb edir), İsveç pul kisəsinin ağzını açmalı olacaq.
Keçən il orda ÜDM-un cəmi 1,3 faizi hərbi ehtiyaclara xərclənib, ona görə də bu maddə üzrə xərclər bir yarım dəfə artırılmalı olacaq. Bu cür tələblər isə SSRİ-nin dağılmasından sonra alyansın hərbi büdcəsinin tədricən azaldıldığı NATO üçün nisbətən rahat illərin mirasıdır. İndi "Rusiya təhlükəsi" bəhanəsi ilə Vaşinqton asanlıqla müttəfiqlərini daha əhəmiyyətli məbləğlərlə səxavətli olmağa məcbur edəcək.
© AFP 2024 / JONATHAN NACKSTRANDABŞ hərbçisi Cold Response 22 təlimlərində, arxiv şəkli
Военнослужащий армии США на учениях Cold Response 22 в Сандстранде, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2022
ABŞ hərbçisi Cold Response 22 təlimlərində, arxiv şəkli
Böhran fonunda belə xərclər ölkələrin büdcələrinə və nəticədə əhaliyə ziyan vuracaq. Amma alyansa qoşulmaq məsələsində xalqın rəyi heç kimi narahat etmir. Hələ aprelin sonunda İsveçin xarici işlər naziri Ann Linde həmvətənlərinə referendumun olmayacağı ilə bağlı qayğıkeşliklə xəbərdarlıq etmişdi: heç bir refendum olmayacaq. Guya, belə mühüm məsələyə adi isveçlilərin bilməməli olduğu məxfi məlumatlar daxildir. Ümumiyyətlə, məşhur bir kəlamı ifadə etsək, demokratiya sənə küftə yemək deyil.
Və əgər Stokholm və Helsinki üçün bloka qoşulmaq şübhəli faydalar müqabilində çətinliklər və məşəqqətlər vəd edirsə, Vaşinqton bunun sayəsində Arktikada mövqelərini möhkəmləndirir. İsveç və Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya Arktika şurasının Şimali Atlantika Alyansında olmayan yeganə üzvü olaraq qalacaq.
© Sputnik / Алексей Даничев / Mediabanka keçidHelsinki şəhərinə mənzərə, arxiv şəkli
Helsinki şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Helsinki şəhərinə mənzərə, arxiv şəkli
Arktikanın 21-ci əsrdə əsas qarşıdurma meydanlarından birinə çevrilmə ehtimalı yüksəkdir. Və bu, təkcə birbaşa hərbi təhlükə ilə bağlı deyil, həm də iqtisadiyyatla bağlıdır. Neft tədarükünün qismən məhdudlaşdırılmasını nəzərdə tutan Moskvaya qarşı sanksiyaların altıncı paketi çətin ki, yanacağın artıq rekordları qıran qiymətinin aşağı düşməsinə kömək etsin. Bu baxımdan, ertəsi gün Qərbin əslində Rusiya neftini, lakin bazar qiymətindən aşağı qiymətə (və yəqin ki, bu altıncı məhdudiyyətlər paketindən əvvəlkindən xeyli yüksək) almağa hazır olduğunu etiraf edən Amerika prezidenti Co Baydenin bəyanatı çox əhəmiyyətli görünür.
Qara qızılın bahalaşması Arktika ehtiyatlarını daha da cəlbedici, onların işlənməsini isə daha sərfəli edir. Eyni zamanda, sıçrayış bir daha əmin edir ki, ekoloqlar, siyasətçilər və müxtəlif zolaqlı məşhurların proqnozlaşdırdıqları yaşıl enerjiyə qaçılmaz keçid haqqında bəyanatlar çox tələsik olub.
Logistika ilə bağlı qlobal problemlər fonunda regionun əhəmiyyəti yeni rənglərlə oynayır. İqlim dəyişikliyi Arktikada gəmiçiliyi daha əlçatan edir, ona görə də Şimal dəniz marşrutu dünya ticarətinin ən mühüm arteriyalarından birinə çevrilmək potensialına malikdir: marşrut, Süveyş kanalı və ya Ümid burnu ətrafındakı marşrutların demək olar ki, yarısı qədərdir. Arktikadan kənar Asiya ölkələri, ilk növbədə Çin və Hindistan da onun inkişafında maraqlıdır. Eyni zamanda, Rusiya Şimal dəniz yolunda (ŞDY) tarixən ona məxsus olan marşrutu görür, Qərb isə onun milli yurisdiksiyadan çəkilməsində israrlıdır.
Lakin Arktikanın resurs bazası və onun nəqliyyat imkanlarından istifadə hüququ artıq 2020-ci illərdə Rusiya ilə Qərbin qarşıdurmasının ilk, aydın səbəbləridir. Qarşılıqlı iddiaların artması şəraitində şimal qarşıdurma üçün tam məkana çevrilir, buna görə də ABŞ bu istiqamətdə öz mövqeyini gücləndirmək imkanına görə çox baha ödəməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0