Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini təsdiqləyib: Türkiyə qoşulmayacaq

© AP Photo / Olivier MatthysAİ bayraqları, arxiv şəkli
Aİ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Altı ay ərzində Aİ-yə üzv ölkələr Rusiyadan neft, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edəcəklər.
BAKI, 3 iyun — Sputnik. Avropa İttifaqı son olaraq Rusiyaya qarşı 6-cı sanksiya paketini təsdiqləyib. Beləliklə,
▪️ 6 ay ərzində ölkələr Rusiyadan neft, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edirlər.
▪️ Mərhələli şəkildə Rusiyadan dənizlə daşınan neftdən imtina. Müvəqqəti olaraq boru kəmərləri daşınan neft sanksiya tətbiqindən istisna edilib.
▪️ Rusiyanın "Sberbank", "Rosselxozbank" və Moskva kredit bankı SWIFT sistemindən ayrılır.
▪️ Daha bir neçə Rusiya telekanalının Avropada yayımı qadağan edilir.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketi tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Çavuşoğlu: Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində bildirib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.
"Rusiyaya qarşı sanksiyalar Türkiyəyə də təsir edib. Bizim mövqeyimiz aydındır və tutduğumuz vasitəçilik roluna görə başa düşülməlidir. Biz sanksiyalara qoşulmuruq və bunun bizim vasitəmizlə edilməsinə imkan verməyəcəyik", - Çavuşoğlu deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0