https://sputnik.az/20220603/abs-da-macaristanin-cezalandirilmasi-teleb-olunur-442477704.html
ABŞ-da Macarıstanın cəzalandırılması tələb olunur
ABŞ-da Macarıstanın cəzalandırılması tələb olunur
Sputnik Azərbaycan
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü bildirib ki, ABŞ Mərkəzi Avropanın enerji təhlükəsizliyini qorumaq üçün "Üç Dəniz Təşəbbüslər" Fonduna... 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T10:35+0400
2022-06-03T10:35+0400
2022-06-03T10:52+0400
macarıstan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/14/426280491_0:0:3077:1731_1920x0_80_0_0_11beb00242cff935983fcdc8f27f47a9.jpg
BAKI, 3 iyun — Sputnik. ABŞ Dövlət Departamenti Macarıstan Rusiya neftinə embarqo elan etmək istəmədiyi üçün ona qarşı sanksiyalar tətbiq etməlidir. "RT" yazır ki, belə bir müraciətlə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raca Krişnamurti dövlət katibi Entoni Blinkenə müraciət edib."Mən xüsusilə Macarıstanın neft embarqosuna qarşı davam edən müqavimətindən narahatam və ciddi şəkildə Sizdən (Entoni Blinken. — red.) Budapeştlə yekun razılığa gəlmək üçün sanksiyalar da daxil olmaqla, bütün mümkün alətləri nəzərdən keçirməyinizi xahiş edirəm. Rusiya neftinə qadağa qoyulsun", - deyə konqresmen məktubunda qeyd edib.Onun fikrincə, Avropa İttifaqına Rusiyanın enerji resurslarından imtina etməkdə kömək etmək üçün Dövlət Departamenti ikitərəfli yanaşmaya əl atmalıdır:"Bir tərəfdən, ABŞ Mərkəzi Avropanın enerji təhlükəsizliyini qorumaq üçün "Üç Dəniz Təşəbbüslər" Fonduna yardımlarını artırmalıdır. Digər tərəfdən, Budapeşt Avropa İttifaqı daxilində razılaşmalara mane olmaqda davam edərsə, Vaşinqton hələ də Rusiyadan neft ixracatçıları ilə iş aparan Macarıstan şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi imkanını nəzərdən keçirməlidir".Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/14/426280491_14:0:2743:2047_1920x0_80_0_0_1904e02dc1b1522a5241d51c459c8481.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
macarıstan
ABŞ-da Macarıstanın cəzalandırılması tələb olunur
10:35 03.06.2022 (Yenilənib: 10:52 03.06.2022) ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü bildirib ki, ABŞ Mərkəzi Avropanın enerji təhlükəsizliyini qorumaq üçün "Üç Dəniz Təşəbbüslər" Fonduna yardımlarını artırmalıdır.
BAKI, 3 iyun — Sputnik. ABŞ Dövlət Departamenti Macarıstan Rusiya neftinə embarqo elan etmək istəmədiyi üçün ona qarşı sanksiyalar tətbiq etməlidir. "RT" yazır ki, belə bir müraciətlə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raca Krişnamurti dövlət katibi Entoni Blinkenə müraciət edib.
"Mən xüsusilə Macarıstanın neft embarqosuna qarşı davam edən müqavimətindən narahatam və ciddi şəkildə Sizdən (Entoni Blinken. — red.) Budapeştlə yekun razılığa gəlmək üçün sanksiyalar da daxil olmaqla, bütün mümkün alətləri nəzərdən keçirməyinizi xahiş edirəm. Rusiya neftinə qadağa qoyulsun", - deyə konqresmen məktubunda qeyd edib.
Onun fikrincə, Avropa İttifaqına Rusiyanın enerji resurslarından imtina etməkdə kömək etmək üçün Dövlət Departamenti ikitərəfli yanaşmaya əl atmalıdır:
"Bir tərəfdən, ABŞ Mərkəzi Avropanın enerji təhlükəsizliyini qorumaq üçün "Üç Dəniz Təşəbbüslər" Fonduna yardımlarını artırmalıdır. Digər tərəfdən, Budapeşt Avropa İttifaqı daxilində razılaşmalara mane olmaqda davam edərsə, Vaşinqton hələ də Rusiyadan neft ixracatçıları ilə iş aparan Macarıstan şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi imkanını nəzərdən keçirməlidir".
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.