https://sputnik.az/20220602/turkiye-parlamentinin-sedri-azerbaycandadir-442446083.html
Türkiyə parlamentinin sədri Azərbaycandadır
Türkiyə parlamentinin sədri Azərbaycandadır
Sputnik Azərbaycan
Ali qonağın iştirak edəcəyi tədbirdə Avropadan, Orta Asiyadan və digər ölkələrdən alimlər iştirak edəcəklər. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T10:57+0400
2022-06-02T10:57+0400
2022-06-02T10:57+0400
siyasət
türkiyə
parlament
rəhbər
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425250012_0:61:1000:624_1920x0_80_0_0_b2e7a8cec115f988447ad7e395788b46.jpg
BAKI, 2 iyun — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti "İNCSOS-Qarabağ" 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fazil İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.Qeyd edək ki, tədbir Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.Xatırladaq ki, Konqresə hazırlıq çərçivəsində mart ayının 11-də Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem, Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin Azərbaycanda səfər etmişdilər.Konqresdə Avropadan, Türkiyədən, Orta Asiyadan, digər ölkələrdən alimlər iştirak edəcəklər. Azərbaycanın Qarabağ zəfərinin türk dünyasında böyük sevinc yaşatdığını vurğulayan Mehmet Dursun Erdem Sosial Elmlər Konqresi çərçivəsində elmi müzakirələrlə yanaşı, Qarabağla bağlı həqiqətlərin də alimlərin nəzərinə çatdırılacağını vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425250012_29:0:1000:728_1920x0_80_0_0_0ea754c7e4e3732f251aa8f9e6e570f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
türkiyə, parlament, rəhbər
türkiyə, parlament, rəhbər
Türkiyə parlamentinin sədri Azərbaycandadır
Ali qonağın iştirak edəcəyi tədbirdə Avropadan, Orta Asiyadan və digər ölkələrdən alimlər iştirak edəcəklər.
BAKI, 2 iyun — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti "İNCSOS-Qarabağ" 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.
Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fazil İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, tədbir Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Xatırladaq ki, Konqresə hazırlıq çərçivəsində mart ayının 11-də Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem, Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin Azərbaycanda səfər etmişdilər.
Konqresdə Avropadan, Türkiyədən, Orta Asiyadan, digər ölkələrdən alimlər iştirak edəcəklər. Azərbaycanın Qarabağ zəfərinin türk dünyasında böyük sevinc yaşatdığını vurğulayan Mehmet Dursun Erdem Sosial Elmlər Konqresi çərçivəsində elmi müzakirələrlə yanaşı, Qarabağla bağlı həqiqətlərin də alimlərin nəzərinə çatdırılacağını vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.