Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Uşaqlar "böyüklər"in dünyasında necə yaşayırlar

Abunə olmaq
1 iyun - Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür. Hazırda Azərbaycanda 2,73 milyona yaxın azyaşlı var.
Hər il milyonlarla uşaq yoxsulluq, aclıq problemləri ilə üzləşir, valideynlərindən məhrum olur və insan alverinin obyektinə çevrilir.
Qlobal gərginlik fonunda uşaq hüquqlarının müdafiəsi prinsipləri getdikcə daha çox aktuallıq qazanır. Onlar əhalinin ən həssas və asılı təbəqələri arasındadır, çünki onların taleyi birbaşa böyüklərin qərarından asılıdır.
1 iyun - Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə insanların üzləşdiyi, sonrakı nəsillərin gələcəyinin asılı olduğu uşaqların inkişafı üçün firavan mühitin yaradılmasına yönəlmiş problemlər və çağırışlar xüsusilə vurğulanır.
Müxtəlif ölkələrdə uşaqlar müxtəlif çətinliklərlə üzləşirlər. Bu, internetin mənfi təsiri, aclıq, təhsilin olmaması, müharibələr, QİÇS, orqan alveri və ya həkim çatışmazlığıdır.
Azərbaycanda bütün sadalananlardan internetin və sosial şəbəkələrin mənfi təsirini uşaqlıq dövründəki çətinliklərlə əlaqələndirmək olar. Həmçinin, bir neçə on minlərlə valideyn himayəsindən məhrum olmuş uşaq və sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanlar var. Birinci və ikinci hallarda belə uşaqlar dövlətin himayəsində olurlar. Əlil uşaqlar sosial müavinətlərlə təmin edilir və təhsillərini davam etdirmək hüququna malikdirlər.
Hazırda Azərbaycanda 2,73 milyona yaxın azyaşlı var ki, bu da ümumi əhalinin 33 faizini təşkil edir.
Dünyada və Azərbaycanda uşaq statistikası ilə Sputnik Azərbaycan infoqrafikasında tanış ola bilərsiniz.
Xəbər lenti
0