Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Pentaqon Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllini məntiqli sayır

© Sputnik / Владимир ТрефиловRusiya və Ukrayna bayraqları
Rusiya və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib ki, o, Zelenskinin təşəbbüsü ilə Moskva və Kiyev arasında dialoqun mümkünlüyünü görür.
BAKI, 31 may — Sputnik. Ukrayna böhranının proqnozlaşdırılmasında çətinliklərə baxmayaraq, Pentaqon sülh danışıqlarının onun məntiqi sonluğuna çevrilə biləcəyinə inanır. Bu barədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Fox News-a müsahibəsində bildirib.
Generalın sözlərinə görə, Pentaqon Ukrayna hadisələrinin gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.
"Nəticədə hansı variantların olacağı isə bir neçə həftə ərzində bəlli olacaq. Ola bilsin ki, hər şey daha da uzansın, ya da tərəflərdən birinin qələbəsi ilə bitsin və ya sülh danışıqları ilə nəticələnsin. Alternativlər çoxdur, mən indi bu variantlardan heç birinə əmin deyiləm", - o deyib.
Milli vurğulayıb ki, o, Zelenskinin təşəbbüsü ilə Moskva və Kiyev arasında dialoqun mümkünlüyünü görür: "Mənə elə gəlir ki, hazırkı vəziyyətin danışıqlar yolu ilə həlli məntiqli seçim olardı, hər iki tərəf bu fikrə gələ bilər", - Milli qeyd edib.
Bundan əvvəl Milli və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub. Tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib və kommunikasiya xətlərini açıq saxlamağa razılaşıblar. Danışıqlar amerikalı generalın təşəbbüsü ilə baş tutub, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri dialoq onların ilk təması olub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0