Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Otuz min tələbənin tələbi yerinə yetiriləcəkmi?

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 30.05.2022
Abunə olmaq
İlqar Orucov bildirir ki, dövlət imtahanı birbaşa tələbənin ixtisas fənnini necə mənimsədiyini göstərir.
BAKI, 30 may — Sputnik. Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər.
30 mindən çox tələbə dövlət imtahanının ləğvini tələb edir
Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər. Tələbələr bildirirlər ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər. Onlar isə bunu istəmirlər. Tələbələr fikirlərini onunla əsaslandırırlar ki, son iki ildə pandemiya şəraiti nəzarə alınaraq sonuncu kurs tələbələri üçün dövlət imtahanı ləğv olunub və onlar Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə diplom alıblar. Tələbələr bu il də eyni təcrübədən istifadə edilməsi üçün təhsil aldıqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.
Tələbələrin tələbi nədir?
Tələbə Aytac Oruclu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət imtahanının ləğv olunması üçün tələbə yoldaşları ilə birgə təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət ediblər. Lakin onların müraciətinə universitetdən bir cavab verilməyib. Tələbə həmçinin qeyd edir ki, sual sayı da azaldılmayıb.
Tələbə Rövşən Məmmədov isə deyir ki, onlar dövlət imtahana salınan beş fənnin üçünü pandemiya dövründə onlayn keçiblər. Digərləri isə hibrid formada keçirilib. Bu isə tələbələrin keyfiyyətli təhsil almaq imkanını məhdudlaşdırıb. Hətta bəzi tələbələr dərslərdə ümumiyyətlə iştirak edə bilməyiblər. Onlar həmin dərsləri onlayn mənimsəməkdə çətinlik çəkiblər.
Universitet nazirliyin, nazirlik isə universitetin üstünə atır
Həmsöhbət olduğumuz tələbələr bildirir ki, dövlət imtahanlarının ləğv olunması ilə bağlı universitetlərə müraciət etdikdə, ali təhsil müəssisələri bu qərarın Təhsil Nazirliyi tərəfindən verilməli olduğunu bildirir. Təhsil Nazirliyinə müraciət etdikdə isə qurum bu məsələni təhsil müəssisələri tənzimləyir.
Tələbələr bəhanə edir?
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət imtahanı tələbələrin seçdiyi ixtisası hansı səviyyədə mənimsədiyini üzə çıxardır. Bu baxımdan İ. Orucov dövlət imtahanının ləğv olunması doğru hesab etmədiyini söyləyir. Ekspert deyir ki, dövlət imtahanına salınan sualların çətinliyi ilə bağlı narahatlıq varsa, bu araşdıraraq həll oluna bilər. Amma ümumilikdə dövlət imtahanının tam ləğv olunması düzgün tələb deyil: "Hətta hesab edirəm ki, bu tələb absurddur. Tələbələr bunu onunla əsaslandırırlar ki, pandemiya dövründə yaxşı tədris ala bilməyiblər. 2021-2022-ci tədris ilində onlayn tədirs davam etdirilməyib. Ona görə də inanmıram ki, proqram məzmununu mənimsəməklə bağlı hər hansı problem yaşansın. Bunu bəhanə gətirib dövlət imtanının ləğv olunmasını tələb etmək doğru deyil".
Fikirlər təzadlıdır
İ. Orucov buunla belə tələbələrin tələblərinin araşdırılmalı olduğunu söyləyib. İmtahan qazanılan biliyin göstəricisidir. Dövlət imtahanı isə birbaşa ixtisas fənninin mənimsədiyini göstərir. Tələbənin vəzifəsi yaxşı oxumaqdır. Şərt ali məktəbi bitirmək yox, savadlı mütəxəssis kimi başa vurmaqdır. Ekspert hesab edir ki, pandemiya dövründə dövlət mümkün qədər tələbələrə güzəşt edib. İmtahanlar sadələşdirilib: "Amma hər bir güzəştin əsası, həddi olmalıdır. Mən hesab etmirəm ki, dövlət imtahanının ləğvi tələbi doğru və sağlam tələbdir".
Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir.
Dövlət imtahanları ləğv ediləcəkmi?
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.
Qeyd edək ki, pandemiya ilə əlaqədar iki il ali təhsil müəssisələrində dövlət imtahanı ləğv eidlib.
Xəbər lenti
0