SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail səfirindən orijinal bayram təbriki

© Photo : Twitter / Israel in AzerbaijanПосол Израиля в Азербайджане Джордж Дик
Посол Израиля в Азербайджане Джордж Дик  - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
İsrailin Bakıdakı səfiri Twitter hesabında yazıb ki, Azərbaycan xalqının süfrəsi daim dolma, düşbərə və kababla dolu olsun.
BAKI, 28 may - Sputnik. İsrailin Bakıdakı səfiri Corc Dik 28 May- Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
O, özünün Twitter hesabında yazıb:
"Azərbaycan üçün arzu edirəm ki, hər zaman sizin süfrələriniz dolma, piti, kababla zəngin olsun, həmişə sağlam, firavan və xoşbəxt olasınız, qəlbləriniz həmişə belə isti və qonaqpərvər olsun və odununuz əbədi olaraq alovlansın. Müstəqillik Gününüz mübarək!"
İsrail səfirliyi də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi video hazırlayıb. Səfirlik həmin videonu Twitterdə paylaşıb.
Video “Azərbaycanı Müstəqillik Günün münasibətilə təbrik edirik! Bu ölkəyə nə arzu edirsiniz?” başlığı ilə paylaşılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0