https://sputnik.az/20220527/abs-a-xeberdarliq-edildi-cinin-daxili-islerine-qarismayin-442295400.html
ABŞ-a xəbərdarlıq edildi: Çinin daxili işlərinə qarışmayın
ABŞ-a xəbərdarlıq edildi: Çinin daxili işlərinə qarışmayın
Sputnik Azərbaycan
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, dövlət katibi Blinken çıxışı ilə yalan məlumat yayır, Çin təhlükəsini şişirdir. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T15:07+0400
2022-05-27T15:07+0400
2022-05-27T15:07+0400
abş
dünya xəbərləri
çin
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_0:160:3073:1888_1920x0_80_0_0_d1cf268ca02544420e3ba533e5fc17ef.jpg
BAKI, 27 may — Sputnik. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin cümə günü keçirdiyi brifinqdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinin beynəlxalq nizama ciddi meydan oxuması ilə bağlı bəyanatını şərh edərkən ABŞ-ı Çin təhdidini şişirtməməyə çağırıb.Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Çinə qarşı siyasəti ilə bağlı çıxışında bildirib ki, ABŞ Çini beynəlxalq nizama ən ciddi uzunmüddətli çağırış kimi görür."ABŞ tərəfi bildirir ki, Çin dünya nizamına ən ciddi uzunmüddətli çağırışdır, bu, həqiqətin təhrifidir, Çin həmişə beynəlxalq asayişin müdafiəçisi olub, bu indi də belədir və bundan sonra da belə olacaq", - diplomat bildirib.Van Venbin vurğulayıb ki, dövlət katibi Blinken çıxışı ilə yalan məlumat yayır, Çin təhlükəsini şişirdir, onun inkişafının qarşısını almaq üçün xarici və daxili siyasətini bilərəkdən ləkələyir."Çin buna kəskin narazılığını və etirazını bildirir", - o əlavə edib.Onun sözlərinə görə, Çin beynəlxalq əlaqələr sistemini müdafiə edir və bunun əsasını BMT təşkil edir. Beynəlxalq sabitliyin əsasında beynəlxalq hüquq dayanır. ABŞ isə öz qaydalarını zorla tətbiq etməyə çalışır və yalnız özünün lider rol oynadığı nizamı qorumaq istəyir", - deyə XİN sözçüsü bildirib.Çin diplomatı həmçinin ABŞ-ı Çinin daxili işlərinə qarışmamağa çağırıb."Biz həmçinin ABŞ tərəfinə milli suverenliyin və ərazi bütövlüyünün qorunmasında Çin xalqının güclü qətiyyətini, iradəsini və geniş imkanlarını lazımınca qiymətləndirmədiyi barədə xəbərdarlıq etmək istərdik", - diplomat əlavə edib.E.Blinken isə çıxışında Çinlə bağlı siyasəti koordinasiya etmək və həyata keçirmək üçün Dövlət Departamentində yeni strukturun yaradıldığını da açıqlayıb: onun adı "Çin evi" olacaq.Onun sözlərinə görə, Çin tərəfindən atılan çağırışların miqyası və əhatəsi ABŞ diplomatiyası üçün əvvəllər heç görülməmiş bir sınaq olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_170:0:2901:2048_1920x0_80_0_0_a27556aa7b830d3672691eb15e7ad587.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, çin, xəbərdarlıq
ABŞ-a xəbərdarlıq edildi: Çinin daxili işlərinə qarışmayın
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, dövlət katibi Blinken çıxışı ilə yalan məlumat yayır, Çin təhlükəsini şişirdir.
BAKI, 27 may — Sputnik. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin cümə günü keçirdiyi brifinqdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinin beynəlxalq nizama ciddi meydan oxuması ilə bağlı bəyanatını şərh edərkən ABŞ-ı Çin təhdidini şişirtməməyə çağırıb.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Çinə qarşı siyasəti ilə bağlı çıxışında bildirib ki, ABŞ Çini beynəlxalq nizama ən ciddi uzunmüddətli çağırış kimi görür.
"ABŞ tərəfi bildirir ki, Çin dünya nizamına ən ciddi uzunmüddətli çağırışdır, bu, həqiqətin təhrifidir, Çin həmişə beynəlxalq asayişin müdafiəçisi olub, bu indi də belədir və bundan sonra da belə olacaq", - diplomat bildirib.
Van Venbin vurğulayıb ki, dövlət katibi Blinken çıxışı ilə yalan məlumat yayır, Çin təhlükəsini şişirdir, onun inkişafının qarşısını almaq üçün xarici və daxili siyasətini bilərəkdən ləkələyir.
"Çin buna kəskin narazılığını və etirazını bildirir", - o əlavə edib.
Onun sözlərinə görə, Çin beynəlxalq əlaqələr sistemini müdafiə edir və bunun əsasını BMT təşkil edir. Beynəlxalq sabitliyin əsasında beynəlxalq hüquq dayanır. ABŞ isə öz qaydalarını zorla tətbiq etməyə çalışır və yalnız özünün lider rol oynadığı nizamı qorumaq istəyir", - deyə XİN sözçüsü bildirib.
Çin diplomatı həmçinin ABŞ-ı Çinin daxili işlərinə qarışmamağa çağırıb.
"Biz həmçinin ABŞ tərəfinə milli suverenliyin və ərazi bütövlüyünün qorunmasında Çin xalqının güclü qətiyyətini, iradəsini və geniş imkanlarını lazımınca qiymətləndirmədiyi barədə xəbərdarlıq etmək istərdik", - diplomat əlavə edib.
E.Blinken isə çıxışında Çinlə bağlı siyasəti koordinasiya etmək və həyata keçirmək üçün Dövlət Departamentində yeni strukturun yaradıldığını da açıqlayıb: onun adı "Çin evi" olacaq.
Onun sözlərinə görə, Çin tərəfindən atılan çağırışların miqyası və əhatəsi ABŞ diplomatiyası üçün əvvəllər heç görülməmiş bir sınaq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.