https://sputnik.az/20220526/hadrutda-tezlikle-radioteleviziya-stansiyasi-istifadeye-verilecek-442266124.html
Hadrutda tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək
Hadrutda tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək
Sputnik Azərbaycan
Nazir müavini bildirib ki, artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb. 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T15:59+0400
2022-05-26T15:59+0400
2022-05-26T15:59+0400
televiziya
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0d/425950411_0:161:3071:1888_1920x0_80_0_0_c4d6104a009f6c3433ad331f4cef5943.jpg
BAKI, 26 may — Sputnik. Yaxın zamanlarda Hadrutda televiziya stansiyasının istismara verilməsi planlaşdırılır. Məlumata görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Onun sözlərinə görə, Qarabağda kommunikasiya xətlərinin tikintisi plana uyğun davam edir. "Artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb", - R.Rüstəmov bildirib.Xatırladaq ki, 2020-ci il tarixindən Şuşa Radio-Televiziya Yayım Stansiyasında (RTYS) radio-televiziya yayımının təşkili müvəqqəti bərpa edilib.Şuşa RTYS yenidən qurulduqdan sonra Şuşa, Xankəndi şəhərləri, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Naftalan rayonları, eləcə də Füzuli, Cəbrayıl, İmişli, Zərdab, Ucar, Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Göygöl rayonlarının Şuşa şəhəri istiqamətində yerləşən yaşayış məntəqələri radio-televiziya yayımları ilə təmin olunacaq.Bu məqsədlə stansiyada hər biri 2,4 kVt-lıq 2 dəst rəqəmsal televiziya vericisinin, hər biri 2 kVt-lıq 2 dəst rəqəmsal DAB+ radiovericisinin, hər biri 5 kVt-lıq 3 dəst FM radiovericisinin, 1+1 dəst peyk qəbullu baş stansiya avadanlıqlarının qurulması nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0d/425950411_170:0:2901:2048_1920x0_80_0_0_b4d189aee0c5139bbf430128374a0203.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
televiziya
Hadrutda tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək
Nazir müavini bildirib ki, artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb.
BAKI, 26 may — Sputnik. Yaxın zamanlarda Hadrutda televiziya stansiyasının istismara verilməsi planlaşdırılır. Məlumata görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Onun sözlərinə görə, Qarabağda kommunikasiya xətlərinin tikintisi plana uyğun davam edir. "Artıq IT infrastrukturunun tikintisi üzrə işlərin böyük hissəsi görülüb", - R.Rüstəmov bildirib.
Xatırladaq ki, 2020-ci il tarixindən Şuşa Radio-Televiziya Yayım Stansiyasında (RTYS) radio-televiziya yayımının təşkili müvəqqəti bərpa edilib.
Şuşa RTYS yenidən qurulduqdan sonra Şuşa, Xankəndi şəhərləri, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Naftalan rayonları, eləcə də Füzuli, Cəbrayıl, İmişli, Zərdab, Ucar, Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Göygöl rayonlarının Şuşa şəhəri istiqamətində yerləşən yaşayış məntəqələri radio-televiziya yayımları ilə təmin olunacaq.
Bu məqsədlə stansiyada hər biri 2,4 kVt-lıq 2 dəst rəqəmsal televiziya vericisinin, hər biri 2 kVt-lıq 2 dəst rəqəmsal DAB+ radiovericisinin, hər biri 5 kVt-lıq 3 dəst FM radiovericisinin, 1+1 dəst peyk qəbullu baş stansiya avadanlıqlarının qurulması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.