https://sputnik.az/20220525/azerbaycanli-genc-almaniyanin-en-guclu-yaddasi-secilib-442225487.html
Azərbaycanlı gənc "Almaniyanın ən güclü yaddaşı" seçilib
Azərbaycanlı gənc "Almaniyanın ən güclü yaddaşı" seçilib
Sputnik Azərbaycan
İspaniyanın Barselona şəhərində yaşayan Orxan İbadov sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə... 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T13:18+0400
2022-05-25T13:18+0400
2022-05-25T13:18+0400
almaniya
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442224532_0:0:1201:676_1920x0_80_0_0_8f579833311b5c15a5d66449358c7b7a.jpg
BAKI, 25 may — Sputnik. Almaniyanın Hasfurt Regional Gimnaziyasında "Memory XL" Almaniya Yaddaş Çempionatı keçirilib.Azərbaycanlı Orxan İbadov 5735 xal yığaraq yarışın qalibi olub və "Almaniyanın ən güclü yaddaşı" adına layiq görülüb.Yarışda 6 ölkənin (Azərbaycan, Almaniya, Belçika, Fransa, İsveçrə, Danimarka) ən güclü yaddaş atletləri iştirak edib. Yarış Beynəlxalq Yaddaş Assosiasiyası (International Association of Memory) tərəfindən təşkil olunub. Yarışda ikinci yeri İtaliyanın tanınmış intellektual ulduzu Emanuele Regnani, üçüncü yeri isə isveçrəli Susanne Hippauf tutub.Ümumilikdə Orxan İbadov 10 kateqoriyanın 5-də birincilik əldə edib. Bundan əlavə, Orxan İbadov sırayla 5 dəqiqəyə 31 ad və soyadı, 5 dəqiqəyə 360 rəqəmi, 5 dəqiqəyə 272 şəkli, 5 dəqiqəyə 63 süni tarixi faktı və 27 səsli rəqəmi düzgün yadda saxlayıb.O. İbadov 2017-ci il noyabrın 25-26-da İstanbulda keçirilən MEMORIAD çempionatında ikili rəqəmlər kateqoriyasında çempion olub. 2018-ci il dekabrın 14-16-sı Vyanada keçirilən dünya yaddaş çempionatında isə dünyanın 11-ci ən güclü yaddaşı adına layiq görülüb, bir çox kateqoriyalarda isə dünyada ilk onluğa daxil olub. Həmçinin MDB məkanı üzrə yarışlarda birinci yeri tutub.Bundan əlavə, o, Danimarkada, Almaniyada və Filippində keçirilən yaddaş yarışlarında Azərbaycanı təmsil edib, müxtəlif mükafatlar, o cümlədən Avropa çempionatının bürünc medalını qazanıb. O.İbadov hazırda dünyanın ən güclü 16 yaddaşlısından biri sayılır. O, online formatda keçirilən "Memory League" yarışlarında bu ildən birinci divizionda iştirak edir.36 yaşlı O. İbadov 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2007-ci ildə magistr pilləsini bitirib. O, İspaniyanın Barselona şəhərində yaşayır və sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə bağlı digər sahələrdə fərdi və korporativ təlimlər keçir. Eyni zamanda, elektron ticarət (Ecommerce) fəaliyyəti ilə məşğuldur və bu sahədə İspaniyanın aparıcı mütəxəssislərindən biri sayılır. (APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442224532_30:0:1097:800_1920x0_80_0_0_e3fbaff5699d751ce33dfc5e458ca140.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya
Azərbaycanlı gənc "Almaniyanın ən güclü yaddaşı" seçilib
İspaniyanın Barselona şəhərində yaşayan Orxan İbadov sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə bağlı digər sahələrdə fərdi və korporativ təlimlər keçir.
BAKI, 25 may — Sputnik. Almaniyanın Hasfurt Regional Gimnaziyasında "Memory XL" Almaniya Yaddaş Çempionatı keçirilib.
Azərbaycanlı Orxan İbadov 5735 xal yığaraq yarışın qalibi olub və "Almaniyanın ən güclü yaddaşı" adına layiq görülüb.Yarışda 6 ölkənin (Azərbaycan, Almaniya, Belçika, Fransa, İsveçrə, Danimarka) ən güclü yaddaş atletləri iştirak edib. Yarış Beynəlxalq Yaddaş Assosiasiyası (International Association of Memory) tərəfindən təşkil olunub. Yarışda ikinci yeri İtaliyanın tanınmış intellektual ulduzu Emanuele Regnani, üçüncü yeri isə isveçrəli Susanne Hippauf tutub.
Ümumilikdə Orxan İbadov 10 kateqoriyanın 5-də birincilik əldə edib. Bundan əlavə, Orxan İbadov sırayla 5 dəqiqəyə 31 ad və soyadı, 5 dəqiqəyə 360 rəqəmi, 5 dəqiqəyə 272 şəkli, 5 dəqiqəyə 63 süni tarixi faktı və 27 səsli rəqəmi düzgün yadda saxlayıb.
O. İbadov 2017-ci il noyabrın 25-26-da İstanbulda keçirilən MEMORIAD çempionatında ikili rəqəmlər kateqoriyasında çempion olub. 2018-ci il dekabrın 14-16-sı Vyanada keçirilən dünya yaddaş çempionatında isə dünyanın 11-ci ən güclü yaddaşı adına layiq görülüb, bir çox kateqoriyalarda isə dünyada ilk onluğa daxil olub. Həmçinin MDB məkanı üzrə yarışlarda birinci yeri tutub.
Bundan əlavə, o, Danimarkada, Almaniyada və Filippində keçirilən yaddaş yarışlarında Azərbaycanı təmsil edib, müxtəlif mükafatlar, o cümlədən Avropa çempionatının bürünc medalını qazanıb. O.İbadov hazırda dünyanın ən güclü 16 yaddaşlısından biri sayılır. O, online formatda keçirilən "Memory League" yarışlarında bu ildən birinci divizionda iştirak edir.
36 yaşlı O. İbadov 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2007-ci ildə magistr pilləsini bitirib. O, İspaniyanın Barselona şəhərində yaşayır və sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə bağlı digər sahələrdə fərdi və korporativ təlimlər keçir. Eyni zamanda, elektron ticarət (Ecommerce) fəaliyyəti ilə məşğuldur və bu sahədə İspaniyanın aparıcı mütəxəssislərindən biri sayılır. (APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.