Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiya sanksiyalar zərbəsinə ləyaqətlə dözür

© Sputnik / Андрей Горшков / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, mövcud vəziyyət hökumətin iqtisadi blokundan xüsusi diqqət tələb edir və ümumiyyətlə, bu səylər müsbət nəticə verir.
BAKI, 23 may — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyalar zərbəsinə ləyaqətlə dözür. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Qeyd etmək istərdim ki, bütün çətinliklərə baxmayaraq, Rusiya iqtisadiyyatı sanksiyalara tab gətirir, layiqincə dözür. Bütün əsas makroiqtisadi göstəricilər bunu göstərir", - Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.
O qeyd edib ki, mövcud vəziyyət hökumətin iqtisadi blokundan xüsusi diqqət tələb edir və ümumiyyətlə, bu səylər müsbət nəticə verir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, heç bir şey mülki əhalini təhdid etmir.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.05.2022
RUSİYA
Putin Bişkekdə Avrasiya İqtisadi Forumunda iştirak edəcək, Davosa isə getməyəcək
Xəbər lenti
0