Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sanksiyalar bütün qlobal iqtisadiyyatda stabilliyi pozur - Reşetnikov

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidRusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov  - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, sanksiyalar nəticəsində təchizat məhdudlaşır və logistika xərcləri qlobal miqyasda kəskin şəkildə artır.
BAKI, 21 may - Sputnik. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bütün qlobal iqtisadiyyatda stabilliyi pozur. Bu barədə şənbə günü Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) forumunda bildirib.
Nazir təşkilatdakı tərəfdaşları sanksiyaların yaratdığı qlobal böhrandan birlikdə çıxmağa çağırıb.
"Xüsusi mal qrupları ilə ticarətin qadağan edilməsi və maliyyə əməliyyatlarının məhdudlaşdırılması, limanların bağlanması, gəmilərin kütləvi həbsi təhlükəsi, hava və quru əlaqəsinin dayandırılması - bütün bunlar Rusiya iqtisadiyyatını sarsıtmaq məqsədi daşıyırdı. Lakin faktdır ki, bu, bütün dünya iqtisadiyyatının stabilliyini pozur”, - deyə Reşetnikov qeyd edib.
Nazirin sözlərinə görə, sanksiyalar nəticəsində təchizat məhdudlaşır və logistika xərcləri qlobal miqyasda kəskin şəkildə artır ki, bu da qlobal miqyasda ərzaq qiymətlərinin artmasına, inkişaf etməkdə olan iqtisadiyyatlarda aşağı gəlirli əhalinin rifahının pisləşməsinə səbəb olur.
"Rusiya qlobal ərzaq və enerji bazarlarının məsuliyyətli iştirakçısı olaraq qalır və ixrac müqavilələri üzrə öhdəliklərini vicdanla yerinə yetirməkdə davam etmək niyyətindədir", - nazir xatırladıb.
O əlavə edib ki, logistik təchizat məhdudiyyətləri ilə yanaşı, sürətlənmiş enerjikeçidi qlobal iqtisadiyyata ayrıca mənfi təsir göstərir. Bu, enerji daşıyıcılarının qiymətlərinin kəskin artması ilə əlaqədardır. Nəticədə yüklərin daşınması xərclərinin, istehsalın və istehlak qiymətlərinin artmasına səbəb olur.
“Əminəm ki, Asiya-Sakit Okean Azad Ticarət Zonasına birgə yanaşmaların uğurlu inkişafı üçün ilk növbədə ticarət, maliyyə, nəqliyyat və logistika sahəsində əsassız məhdudiyyətlərdən imtina etmək lazımdır”, - Reşetnikov bildirib.
Qeyd edək ki, "APEC" Forumu Taylandda keçirilir.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ticarət nazirlərinin iclasını ABŞ-ın hesabatı zamanı tərk edib.
Amerika nümayəndəsinin çıxışının yayımı fonunda sosial şəbəkədə İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun boş kreslo ilə fotosu yerləşdirilib.
Bundan əvvəl APEC ticarət nazirlərinin görüşündə Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbərinin çıxışı zamanı forumun üzvü olan beş ölkənin, o cümlədən ABŞ-ın nümayəndələri iclas zalını tərk ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0