QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kommunikasiyaların açılması üzrə işçi qruplarının faliyyəti səmərəlidir - Qriqoryan

© AFP 2023Azərbaycan-Ermənistan sərhədində İran yük maşını
Azərbaycan-Ermənistan sərhədində İran yük maşını - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var.
BAKI, 21 may-Sputnik. Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qruplarının fəaliyyəti səmərəlidir. Bunu "RİA Novosti"yə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var.
"Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. Alt qrupların ekspertləri çox iş görüblər. Konsensuslar var, lakin bəzi məsələlərlə bağlı fikir ayrılıqları da var. Görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - deyə Qriqoryan bildirib.
Qriqoryan işçi qrupunun növbəti görüşünün tarixinin yaxın vaxtlarda razılaşdırılacağına əmin olduğunu bildirib.
2021-ci ilin yanvarında Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında aparılan danışıqlardan sonra prezident Putin üç ölkənin baş nazirinin müavinləri, Rusiya Federasiyasından Aleksey Overçukun rəhbərlik edəcəyi işçi qrupunun yaradılacağını açıqlayıb.
İşçi qrup Ermənistan və Azərbaycan arasında və iki ölkə ərazisindən beynəlxalq daşımaların təşkili üçün zəruri olan nəqliyyat infrastrukturunun bərpası və yenidən tikintisinə cavabdehdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0