Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu xəstəxanalar yenidən Nazirliyə verildi - Dəyişikliklər nəyi dəyişəcək?

© Sputnik / Zulfiyya GuluyevaAkademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
On səkkiz xəstəxananın TƏBİB-dən alınıb Səhiyyə Nazirliyinə verilməsi nə ilə izah olunur.
BAKI, 21 may — Sputnik. Bu günlərdə dövlət başçısı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) ilə bağlı mühüm fərman imzaladı. Həmin fərmana əsasən TƏBİB-in fəaliyyəti yenidən təşkil olunacaq. Prezidentin fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) TƏBİB-in idarə edilməsi sahəsində səlahiyyətləri də ləğv olunub. Fərmana əsasən İTSDA TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirməyəcək.
Agentlikdən "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq, xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmə hüququ da alınıb. Artıq Agentlik TƏBİB-in strukturunu və ştat vahidlərinin ümumi sayını müəyyənləşdirməyəcək, TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etməyəcək. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin TƏBİB rəhbərlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti olmayacaq. Həmçinin bir sıra tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. Bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Bəs görəsən bu dəyişiklik nə vəd edir? Bu, vətəndaşların icbari tibbi sığortadan istifadəsinə necə təsir edəcək?
Tibbi xidmətin keyfiyyəti artacaq?
TƏBİB-dən bildirdilər ki, səhiyyə idarəetməsi sahəsində aparılan dəyişikliklər əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədi daşıyır. Bu fərmana əsasən Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılıb. Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnunluğunun artırılmasına yönəlib.
Bu baxımdan, səhiyyə sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin təkmilləşdirilərək tətbiqinə ehtiyac var. Mərkəz tərəfindən qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət, eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq.
Bu xəstəxanalar yenidən nazirliyə verildi
Prezidentin fərmanı ilə elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Fərmanda bildirilir ki, 2023-cü il yanvarın 1-dən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyindəki "Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
Elmi-tədqiqat institutları həkimlər yetişdirəcək
TƏBİB-dən bildirildi ki, elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və səhiyyə sisteminin davamlı inkişafı əlavə insan resurslarına ehtiyac yaradıbdır. Səhiyyə sistemində fəaliyyət göstərən tibb işçiləri ilə ardıcıl işin aparılması, sistemin davamlı təkmilləşdirilməsi, fəaliyyətin günün tələblərinə uyğun qurulması üçün nazirliyin aparatının ştat vahidlərinin sayı 130-a çatdırılıb.
Daha bu tarifləri TƏBİB müəyyən edəcək
Fərmana əsasən TƏBİ-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir.
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir. O da qeyd olunur ki, bu qurumlar "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏBİB təcili yardım avotmobili - Sputnik Azərbaycan, 1920, 13.05.2022
SİYASƏT
Prezidentdən TƏBİB-lə bağlı mühüm fərman
Xəbər lenti
0