NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenə ucuzlaşıb

© Sputnik / Murad OrujovBakıda neft nasosları, arxiv şəkli
Bakıda neft nasosları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
“Brent” markalı neftin bir barelinin qiyməti 0,61 dollar azalaraq 111,43 dollar olub.
BAKI, 20 may — Sputnik. Dünya birjalarında neft qiymətləri azalıb.
Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,61 dollar azalaraq 111,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,36 dollar ucuzlaşaraq 110,85 dollar olub.
Qeyd edək ki, ötən gün dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,76 ABŞ dolları və ya 3,87% azalaraq, 118,42 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
İyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0