https://sputnik.az/20220520/azerbaycan-bee-ile-olkenin-enerji-sektorunda-herterefli-emekdasligi-muzakire-edir-442099759.html
Azərbaycan BƏƏ ilə ölkənin enerji sektorunda hərtərəfli əməkdaşlığı müzakirə edir
Azərbaycan BƏƏ ilə ölkənin enerji sektorunda hərtərəfli əməkdaşlığı müzakirə edir
Sputnik Azərbaycan
Yaxın 8 ildə ölkənin enerji kompleksində bərpa olunan enerjinin payını 30%-ə çatdırmaq planlaşdırılır. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T18:02+0400
2022-05-20T18:02+0400
2022-05-20T18:02+0400
bəə
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42328/06/423280627_0:0:3065:1725_1920x0_80_0_0_b79a65e28f930c3ee5162a0d051e267a.jpg
BAKI, 20 may — Sputnik. Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkənin enerji sektorunda daha geniş və hərtərəfli iştirakı ilə bağlı fəal müzakirələr aparır.“Emirates News Agency”nin məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov agentliyə açıqlamasında deyib.Nazirin sözlərinə görə, Azərbaycanın BƏƏ ilə birlikdə həyata keçirməli olduğu çox iddialı planları var: “Hər iki ölkənin rəhbərliyi arasında yaxşı münasibətləri nəzərə alaraq, biz daha da sıx əməkdaşlıq qurmaq istəyirik. Əminəm ki, qarşıdakı illərdə enerji sektorunda bizim çox əhatəli əməkdaşlığımız olacaq”.P.Şahbazov bildirib ki, BƏƏ-nin ölkə daxilində və xaricdə davamlı inkişaf üçün maliyyələşdirmə vasitəsi olan Abu-Dabi İnkişaf Fondu 230 meqavat gücündə Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsinin əsas maliyyə tərəfdaşıdır. Onun sözlərinə görə, bu fond Azərbaycana bərpa olunan enerji hədəflərinə nail olmaq üçün dəstəyi davam etdirməyi nəzərdə tutur.O qeyd edib ki, Azərbaycan BƏƏ ilə uğurlu əməkdaşlığı gələcəkdə davam etdirmək niyyətindədir: "Biz 2030-cu ilə qədər ölkənin enerji kompleksində bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı düşünürük. Növbəti illərdə bu hədəfə yenidən baxıb bəlkə də onu daha da təkmilləşdirəcəyik”.Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, Azərbaycanda günəş enerjisi potensialı 23040 meqavat qiymətləndirilir.Nazir hər iki ölkə başçısı arasında münasibətlərin yaxşı olduğunu qeyd edərək BƏƏ ilə yaxın illərdə enerji sektorunda çox əhatəli əməkdaşlığın olacağına əminliyini ifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42328/06/423280627_166:0:2897:2048_1920x0_80_0_0_1ca1f56a1a27d125d79f7efab93852c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəə
Azərbaycan BƏƏ ilə ölkənin enerji sektorunda hərtərəfli əməkdaşlığı müzakirə edir
Yaxın 8 ildə ölkənin enerji kompleksində bərpa olunan enerjinin payını 30%-ə çatdırmaq planlaşdırılır.
BAKI, 20 may — Sputnik. Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkənin enerji sektorunda daha geniş və hərtərəfli iştirakı ilə bağlı fəal müzakirələr aparır.
“Emirates News Agency”nin məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov agentliyə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın BƏƏ ilə birlikdə həyata keçirməli olduğu çox iddialı planları var: “Hər iki ölkənin rəhbərliyi arasında yaxşı münasibətləri nəzərə alaraq, biz daha da sıx əməkdaşlıq qurmaq istəyirik. Əminəm ki, qarşıdakı illərdə enerji sektorunda bizim çox əhatəli əməkdaşlığımız olacaq”.
P.Şahbazov bildirib ki, BƏƏ-nin ölkə daxilində və xaricdə davamlı inkişaf üçün maliyyələşdirmə vasitəsi olan Abu-Dabi İnkişaf Fondu 230 meqavat gücündə Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsinin əsas maliyyə tərəfdaşıdır. Onun sözlərinə görə, bu fond Azərbaycana bərpa olunan enerji hədəflərinə nail olmaq üçün dəstəyi davam etdirməyi nəzərdə tutur.
O qeyd edib ki, Azərbaycan BƏƏ ilə uğurlu əməkdaşlığı gələcəkdə davam etdirmək niyyətindədir: "Biz 2030-cu ilə qədər ölkənin enerji kompleksində bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı düşünürük. Növbəti illərdə bu hədəfə yenidən baxıb bəlkə də onu daha da təkmilləşdirəcəyik”.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, Azərbaycanda günəş enerjisi potensialı 23040 meqavat qiymətləndirilir.
Nazir hər iki ölkə başçısı arasında münasibətlərin yaxşı olduğunu qeyd edərək BƏƏ ilə yaxın illərdə enerji sektorunda çox əhatəli əməkdaşlığın olacağına əminliyini ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.