SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç ölkə arasında tranzitin sadələşdirilməsi gözlənilir

© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIRlar
Azərbaycan-Gürcüstan sərhədində TIRlar - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Bu saziş Azərbaycanla Gürcüstan arasında imzalanıb. Qazaxıstanla da sazişin imzalanması gözlənilir. Həmçinin, bu sistemin Gürcüstan tərəfindən 2023-cü il yanvarın 1-də işə salınması planlaşdırılır.
BAKI, 19 may — Sputnik. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməsi üzrə sazişin layihəsinin imzalanması gözlənilir.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, bu layihə hələ 2016-cı ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük xidmətləri tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0