https://sputnik.az/20220519/rusiya-mn-ukrayna-silahli-quvvelerinin-350-ye-yaxin-hedefi-vurulub-442058371.html
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfi vurulub
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfi vurulub
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi... 19.05.2022, Sputnik Azərbaycan
2022-05-19T12:36+0400
2022-05-19T12:36+0400
2022-05-19T12:36+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441059055_0:171:3035:1878_1920x0_80_0_0_05267aa22b33806e00dfff7818cfb509.jpg
BAKI, 19 may — Sputnik. Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi əməliyyat zamanı bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib."Raket qoşunları və artilleriya Ukrayna Silahlı Qüvvələrinin 6 komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 295 ərazini, atəş mövqelərindəki Ukraynanın 43 artilleriya və minaatan bölməsini və iki elektron döyüş məntəqəsini vurub", - o deyib.Konaşenkov bildirib ki, Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 ərazini vurub, 340-dan çox millətçini məhv edib, 62 ədəd hərbi texnika sıradan çıxarılıb.Konaşenkov qeyd edib ki, xüsusi əməliyyat zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna silahlı qüvvələrinə məxsus 15 pilotsuz uçuş aparatını (PUA), o cümlədən bir Bayraktar-TB2-ni məhv edib. O əlavə edib ki, Xarkov və Xerson vilayətlərinin bir sıra yaşayış məntəqələrində 12 Smerç MLRS mərmisi ələ keçirilib.Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441059055_152:0:2883:2048_1920x0_80_0_0_e62c40360ff30c2ac7b0d3308d948261.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, rusiya
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfi vurulub
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 ərazini vurub.
BAKI, 19 may — Sputnik. Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi əməliyyat zamanı bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 350-yə yaxın hədəfini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
"Raket qoşunları və artilleriya Ukrayna Silahlı Qüvvələrinin 6 komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 295 ərazini, atəş mövqelərindəki Ukraynanın 43 artilleriya və minaatan bölməsini və iki elektron döyüş məntəqəsini vurub", - o deyib.
Konaşenkov bildirib ki, Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 ərazini vurub, 340-dan çox millətçini məhv edib, 62 ədəd hərbi texnika sıradan çıxarılıb.
Konaşenkov qeyd edib ki, xüsusi əməliyyat zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna silahlı qüvvələrinə məxsus 15 pilotsuz uçuş aparatını (PUA), o cümlədən bir Bayraktar-TB2-ni məhv edib. O əlavə edib ki, Xarkov və Xerson vilayətlərinin bir sıra yaşayış məntəqələrində 12 Smerç MLRS mərmisi ələ keçirilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.