Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Qəzaya düşən tələbələrin vəziyyətini açıqlanıb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Ötən gecə Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində avtomobil qəzası zamanı üç tələbə xəsarət alıb.
BAKI, 19 may — Sputnik. Ötən gecə Bakı Dövlət Universitetinin 3 tələbəsi qəzaya düşüb. Onlar universitetin "Sosial elmlər və psixologiya fakültəsi"nin tələbələridir.
Bunu BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva açıqlamasında deyib. O bildirib ki, həmin tələbələrdən biri II, ikisi isə IV kurs tələbələridir: "Qəza nəticəsində bədənlərinin müxtəlif nahiyələrində sınıqlar olsa da, vəziyyətləri qənaətbəxşdir. Hazırda həmin tələbələr evdədirlər”.
Qeyd edək ki, ötən gecə Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində avtomobil qəzası baş verib. Bakı Dövlət Universitetinin tələbələri 2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0