CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən müəllimin şagirdi döyməsi ilə bağlı açıqlama

© AP Photo / Bernat ArmangueŞagird, arxiv şəkli
Şagird, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələnin nazirliyin diqqətində olduğunu bildirib.
BAKI, 19 may — Sputnik. Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, məsələ Nazirliyin diqqətindədir: "Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, bir müddət öncə Bakıda məktəbdə müəllimin döyülməsi faktı qeydə alınmışdı. Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimini bir nəfər naməlum şəxsin döydüyünü əks etdirən video paylaşım edilib. Həmin görüntülər üzrə polisin apardığı təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0