https://sputnik.az/20220518/belarus-azerbaycanda-qida-tehlukesizliyi-ile-bagli-gorulen-isleri-destekleyir---van-smilq-442031147.html
Belarus Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı görülən işləri dəstəkləyir - İvan Smilq
Belarus Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı görülən işləri dəstəkləyir - İvan Smilq
Sputnik Azərbaycan
Azərbaycan və Belarus mütəxəssislərinin görüşündə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. 18.05.2022, Sputnik Azərbaycan
2022-05-18T15:48+0400
2022-05-18T15:48+0400
2022-05-18T15:48+0400
belarus
azərbaycan xəbərləri
aqta
https://cdnn1.img.sputnik.az/img/07e6/05/12/442031119_0:0:1000:563_1920x0_80_0_0_a718793b5bdfb8281a6dd2032bb6fe9c.jpg
BAKI, 18 may — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib. Belaruslu həmkarlarla mövcud dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirən AQTA sədrinin müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb.Görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində birgə həyata keçirilən tədbir və layihələrin icra vəziyyəti müzakirə olunub, yeni əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.O bildirib ki, heyvanların identifikasiyası sisteminin qurulması, heyvan və bitki sağlamlığının təmin olunması sahəsində işin daha səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində informasiya sisteminin inteqrasiyası iki ölkə arasında idxal-ixrac əməliyyatlarının daha da genişlənməsinə təkan verəcək.Qonaqlara qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya sisteminin inkişafı, yaradılmış infrastruktur haqqında geniş məlumat verilib.Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər nümayəndə heyətinin diqqətinə çatdırılıb.Görüş çərçivəsində qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər.Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini İvan Smilqin qida təhlükəsizliyinin inkişafı istiqamətində ölkəmizdə aparılan islahatları dəstəklədiyini vurğulayıb.AQTA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını qeyd edib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. AQTA ilə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.Xatırladaq ki, Milli Məclisdə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Aqrar komitənin sədri Tahir Rzayev bildirib ki, qanun layihəsi Azərbaycan ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin "tarladan süfrəyədək" prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib.Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib.Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/12/442031119_0:0:1000:750_1920x0_80_0_0_e7bdc76665bb0a08dabd9ed22443f68e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
belarus, aqta
Belarus Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı görülən işləri dəstəkləyir - İvan Smilq
Azərbaycan və Belarus mütəxəssislərinin görüşündə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
BAKI, 18 may — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib. Belaruslu həmkarlarla mövcud dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirən AQTA sədrinin müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində birgə həyata keçirilən tədbir və layihələrin icra vəziyyəti müzakirə olunub, yeni əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
O bildirib ki, heyvanların identifikasiyası sisteminin qurulması, heyvan və bitki sağlamlığının təmin olunması sahəsində işin daha səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində informasiya sisteminin inteqrasiyası iki ölkə arasında idxal-ixrac əməliyyatlarının daha da genişlənməsinə təkan verəcək.
Qonaqlara qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya sisteminin inkişafı, yaradılmış infrastruktur haqqında geniş məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Görüş çərçivəsində qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini İvan Smilqin qida təhlükəsizliyinin inkişafı istiqamətində ölkəmizdə aparılan islahatları dəstəklədiyini vurğulayıb.
AQTA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. AQTA ilə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Xatırladaq ki, Milli Məclisdə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Aqrar komitənin sədri Tahir Rzayev bildirib ki, qanun layihəsi Azərbaycan ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin "tarladan süfrəyədək" prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib.
Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib.
Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.