https://sputnik.az/20220517/mekteblerde-basketbol-sinfi-yaradilacaq-441991814.html
Məktəblərdə "Basketbol sinfi" yaradılacaq
Məktəblərdə "Basketbol sinfi" yaradılacaq
Sputnik Azərbaycan
779 nəfər basketbola marağı olan uzunboylu adam seçilib, onlardan 420-si qız, 359-u oğlandır. 17.05.2022, Sputnik Azərbaycan
2022-05-17T13:04+0400
2022-05-17T13:04+0400
2022-05-17T13:09+0400
basketbol
idman
məktəb
https://cdnn1.img.sputnik.az/img/42390/74/423907475_0:321:3071:2048_1920x0_80_0_0_c7f9d7a13322a74d5dfb37543f6aef59.jpg
BAKI, 17 may — Sputnik. Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb.Federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri regionlar üzrə yarışların təşkil olunduğu bildirilib.Belə ki, şagirdlər üçün U-12, U-14, U-17 Kuboku və ali məktəbdə təhsil alanlar üçün Tələbə Kuboku keçirilib.Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət "Basketbol sinfi" adlı siniflər yaradılacaq. Onlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dekabrdan etibarən Basketbol Federasiyasının prezidentidir.Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını söyləyib: "Federasiya olaraq basketbol idman növünün süni və şişirdilmiş nəticələrlə inkişaf etməsini istəmirik. Gənc idmançıların qarşısına adətən müəyyən yaşda seçim imkanı verilir: ya idmanı, ya da təhsili seçmək. Bu, kifayət qədər çətin seçimdir. Düşünürəm ki, bu problemi mütləq həll etməliyik. Bütün idman növlərində yalnız fiziki güclə uğur qazanılmır. Burada intellekt də önəmlidir. Yeniyetmələrimizi belə ağır seçim qarşısında qoymamalıyıq".O bildirib ki, peşəkar idmanla məşğul olanların təhsildən də ayrı qalmamaları üçün model formalaşdırmaq mümkündür: "Təhsil Nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi bizim məqsədlərimizdən biridir. Dünyada uşaq basketbolu sahəsində tanınmış mütəxəssisləri də cəlb etmək istəyirik. Onlarla qısamüddətli deyil, uzunmüddətli əməkdaşlıq etmək niyyətindəyik. Hər şey istədiyimiz kimi gedərsə, 5-6 ildən sonra 16-17 yaşlılardan ibarət komandalarımız fərqli nəticələr göstərəcək. 5 il ərzində daim beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən komanda formalaşdıra bilərik".E.Əmrullayevin sözlərinə görə, müasir idman təkcə fiziki gücdən asılı deyil: "Belə bir stereotip var ki, Azərbaycanda uzunboylu insan azdır. Buna görə deyirlər ki, bizdə heç vaxt basketbol olmayacaq. Amma aparılan seleksiya işləri nəticəsində 779 nəfər basketbola marağı olan uzunboylu adam seçilib. Onlardan 420-si qız, 359-u oğlandır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42390/74/423907475_295:0:3026:2048_1920x0_80_0_0_1b2b817f3b33ab96a212c9c9e0221419.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
basketbol, məktəb
Məktəblərdə "Basketbol sinfi" yaradılacaq
13:04 17.05.2022 (Yenilənib: 13:09 17.05.2022) 779 nəfər basketbola marağı olan uzunboylu adam seçilib, onlardan 420-si qız, 359-u oğlandır.
BAKI, 17 may — Sputnik. Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb.
Federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri regionlar üzrə yarışların təşkil olunduğu bildirilib.
Belə ki, şagirdlər üçün U-12, U-14, U-17 Kuboku və ali məktəbdə təhsil alanlar üçün Tələbə Kuboku keçirilib.
Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət "Basketbol sinfi" adlı siniflər yaradılacaq. Onlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dekabrdan etibarən Basketbol Federasiyasının prezidentidir.
Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını söyləyib: "Federasiya olaraq basketbol idman növünün süni və şişirdilmiş nəticələrlə inkişaf etməsini istəmirik. Gənc idmançıların qarşısına adətən müəyyən yaşda seçim imkanı verilir: ya idmanı, ya da təhsili seçmək. Bu, kifayət qədər çətin seçimdir. Düşünürəm ki, bu problemi mütləq həll etməliyik. Bütün idman növlərində yalnız fiziki güclə uğur qazanılmır. Burada intellekt də önəmlidir. Yeniyetmələrimizi belə ağır seçim qarşısında qoymamalıyıq".
O bildirib ki, peşəkar idmanla məşğul olanların təhsildən də ayrı qalmamaları üçün model formalaşdırmaq mümkündür: "Təhsil Nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi bizim məqsədlərimizdən biridir. Dünyada uşaq basketbolu sahəsində tanınmış mütəxəssisləri də cəlb etmək istəyirik. Onlarla qısamüddətli deyil, uzunmüddətli əməkdaşlıq etmək niyyətindəyik. Hər şey istədiyimiz kimi gedərsə, 5-6 ildən sonra 16-17 yaşlılardan ibarət komandalarımız fərqli nəticələr göstərəcək. 5 il ərzində daim beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən komanda formalaşdıra bilərik".
E.Əmrullayevin sözlərinə görə, müasir idman təkcə fiziki gücdən asılı deyil: "Belə bir stereotip var ki, Azərbaycanda uzunboylu insan azdır. Buna görə deyirlər ki, bizdə heç vaxt basketbol olmayacaq. Amma aparılan seleksiya işləri nəticəsində 779 nəfər basketbola marağı olan uzunboylu adam seçilib. Onlardan 420-si qız, 359-u oğlandır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.