Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran neft-qaz sənayesində əməkdaşlıq xəritəsini Rusiyaya təhvil verib

© AP Photo / Hasan JamaliNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Abunə olmaq
İran və Rusiya arasında neft-qaz yataqlarının hasilatı, işlənməsi və s. bu kimi sahələrlə bağlı müsbət qərarlar qəbul ediblər.
BAKI, 16 may — Sputnik. İran səfiri neft və qaz sənayesində əməkdaşlıq xəritəsinin Rusiyaya təhvil verildiyini açıqlayıb.
İranın Moskvadakı səfiri Kazem Cəlali RİA Novosti-yə müsahibəsində bildirib ki, İran və Rusiya Federasiyası neft-qaz sektorunda müsbət qərarlar əldə ediblər. Tehran Moskvaya bu sənayedə "əməkdaşlıq xəritəsini" təqdim edib.
Onun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.
"Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası, neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıblar. Nəticədə müsbət qərarlar qəbul ediblər", - deyə səfir bildirib.
"Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və bu xəritə Rusiya Federasiyasının rəsmilərinə təqdim edilib", - deyə Cəlali bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0