DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Medvedev aclıq və ərzaq böhranının anonsunu verdi

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidMedvedev
Medvedev  - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, Ukraynadakı vəziyyətin nizamlanmasında effektivliyini sübut edə bilməyən beynəlxalq institutların fəaliyyətində tənəzzül yaşanacaq.
BAKI, 13 may — Sputnik. Rusiyaya qarşı sanksiyalar ayrı-ayrı ölkələrdə aclıq ehtimalı və beynəlxalq ərzaq böhranına gətirib çıxaracaq.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb.
"Ayrı-ayrı dövlətlərdə aclıq ehtimalı ilə beynəlxalq ərzaq böhranı baş verəcək. Anti-Rusiya sanksiyalarından sonra Ukraynadakı vəziyyətin nizamlanmasında effektivliyini sübut edə bilməyən beynəlxalq institutların fəaliyyətində tənəzzül yaşanacaq", - Medvedev qeyd edib.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketi tətbiq edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Putinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Джо Байден, фото из архива  - Sputnik Azərbaycan, 1920, 01.02.2021
RUSİYA
Dmitri Medvedev Bayden dövründə Rusiya-ABŞ münasibətləri barədə
Xəbər lenti
0