https://sputnik.az/20220513/hansi-hallarda-istilik-enerjisinin-verilisi-dayandirilacaq-441903868.html
Hansı hallarda istilik enerjisinin verilişi dayandırılacaq?
Hansı hallarda istilik enerjisinin verilişi dayandırılacaq?
Sputnik Azərbaycan
"Elektroenergetika haqqında" qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib. 13.05.2022, Sputnik Azərbaycan
2022-05-13T17:41+0400
2022-05-13T17:41+0400
2022-05-13T17:41+0400
azərbaycan xəbərləri
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439053188_0:150:3110:1899_1920x0_80_0_0_2623af5aed783e7ae30c1b88a9b77ae7.jpg
BAKI, 13 may — Sputnik. Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir."Elektroenergetika haqqında" qanuna dəyişiklik edilir.Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılacaq:- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda;- məhkəmənin qərarı ilə;- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.Dəyişikliklər müzakirələrdən sonra birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211011/enerji-techizati-ile-bagli-sikayetler-iii-rubde-11-artib-434100124.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439053188_190:0:2921:2048_1920x0_80_0_0_370fcb75fbff39875bda7b1a6aef5c7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan
Hansı hallarda istilik enerjisinin verilişi dayandırılacaq?
"Elektroenergetika haqqında" qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib.
BAKI, 13 may — Sputnik. Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.
"Elektroenergetika haqqında" qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılacaq:
- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda;
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
Dəyişikliklər müzakirələrdən sonra birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.