NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftimizin böyük hissəsi ixrac edilib

© Sputnik / Максим Богодвид / Mediabanka keçidNeft
Neft - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Trans-Adriatik Qaz Boru Kəməri konsorsiumu ötürücülüyün artırılması üçün müxtəlif ssenariləri nəzərdən keçirir.
BAKI, 12 may — Sputnik. Bu il Azərbaycan 7,6 milyard kubmetr qaz ixrac edib. Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, bu ilin 4 ayında operativ məlumatlara əsasən, Azərbaycanda hasil edilən 15,7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub. Nazir bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qazın hasilatı 14,4% artıb.
P.Şahbazov qeyd edib ki, hasil edilən 11,1 milyon ton neftin 9 milyon tonu ixrac edilib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG Konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Qeyd edək ki, Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8 milyard kubmetrdən, Avropaya isə 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0