https://sputnik.az/20220511/rusiya-avropada-muharibe-istemir-441827340.html
Rusiya Avropada müharibə istəmir - Lavrov
Rusiya Avropada müharibə istəmir - Lavrov
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi Avropada müharibə olmasını istəmir, ancaq Qərb hazırkı vəziyyətdə Rusiyanın məğlub olmasında təkid... 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T14:44+0400
2022-05-11T14:44+0400
2022-05-11T14:59+0400
dünya xəbərləri
rusiya federasiyası
rusiya xin rəhbəri sergey lavrov
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249983_0:123:3205:1926_1920x0_80_0_0_a03f6ec4d643c59b73bee701af43dcd8.jpg
BAKI, 11 may — Sputnik. "Rusiya Avropada müharibə istəmir, lakin Moskvanın "məğlub edilməli" olduğunu daima söyləyən Qərb dövlətləridir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib."Avropada müharibənin baş verməsi sizi narahat edirsə, biz bunu qətiyyən istəmirik. Lakin mən diqqətinizi ona yönəldirəm ki, bu vəziyyətdə Rusiya mütləq məğlub olmalıdır deyə təkid edən Qərbdir. Özünüz nəticə çıxarın", - deyə Lavrov omanlı həmkarı ilə danışıqlardan sonra bildirib.Lavrov deyib: "Rusiyanın davranışları dünyada ərzaq probleminə təsir göstərmir. Bu problemlər yalnız Qərbin qeyri-qanuni sanksiyaları ilə bağlıdır. Rusiya bundan sonra yalnız özünə və böyük çoxluq təşkil edən etibarlı tərəfdaşlarına arxalanacaq. Biz necə yaşamalı olduğumuzu tam dərk edirik: əsas nəticə odur ki, biz planlarımızda artıq Qərbin müqavilələrə əməl etmə qabiliyyətinə bel bağlamayacağıq". O vurğulayıb ki, Qərb öz hegemonluğunu bərqərar etmək üçün əslində özünün bəyan etdiyi prinsiplərə qarşı birbaşa və açıq cinayətlərə – oğurluq və soyğunçuluğa hazır olduğunu göstərib, xüsusi mülkiyyətin toxunulmazlığı prinsiplərini və təqsirsizlik prezumpsiyasını pozur.Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220212/sergey-lavrov-entoni-blinkenle-danisdi-ukraynaya-hucum-barede-xeberler-texribatdir-439108149.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249983_237:0:2968:2048_1920x0_80_0_0_58d9a662f84a5aab817505131a0596a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya federasiyası, rusiya xin rəhbəri sergey lavrov, rusiya xin
rusiya federasiyası, rusiya xin rəhbəri sergey lavrov, rusiya xin
Rusiya Avropada müharibə istəmir - Lavrov
14:44 11.05.2022 (Yenilənib: 14:59 11.05.2022) Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi Avropada müharibə olmasını istəmir, ancaq Qərb hazırkı vəziyyətdə Rusiyanın məğlub olmasında təkid edir.
BAKI, 11 may — Sputnik. "Rusiya Avropada müharibə istəmir, lakin Moskvanın "məğlub edilməli" olduğunu daima söyləyən Qərb dövlətləridir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Avropada müharibənin baş verməsi sizi narahat edirsə, biz bunu qətiyyən istəmirik. Lakin mən diqqətinizi ona yönəldirəm ki, bu vəziyyətdə Rusiya mütləq məğlub olmalıdır deyə təkid edən Qərbdir. Özünüz nəticə çıxarın", - deyə Lavrov omanlı həmkarı ilə danışıqlardan sonra bildirib.
Lavrov deyib: "Rusiyanın davranışları dünyada ərzaq probleminə təsir göstərmir. Bu problemlər yalnız Qərbin qeyri-qanuni sanksiyaları ilə bağlıdır. Rusiya bundan sonra yalnız özünə və böyük çoxluq təşkil edən etibarlı tərəfdaşlarına arxalanacaq. Biz necə yaşamalı olduğumuzu tam dərk edirik: əsas nəticə odur ki, biz planlarımızda artıq Qərbin müqavilələrə əməl etmə qabiliyyətinə bel bağlamayacağıq".
O vurğulayıb ki, Qərb öz hegemonluğunu bərqərar etmək üçün əslində özünün bəyan etdiyi prinsiplərə qarşı birbaşa və açıq cinayətlərə – oğurluq və soyğunçuluğa hazır olduğunu göstərib, xüsusi mülkiyyətin toxunulmazlığı prinsiplərini və təqsirsizlik prezumpsiyasını pozur.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.