https://sputnik.az/20220510/xn-qazaxin-yeddi-kendinin-taleyine-aydinliq-getirdi-441790045.html
XİN Qazaxın yeddi kəndinin taleyinə aydınlıq gətirdi
XİN Qazaxın yeddi kəndinin taleyinə aydınlıq gətirdi
Sputnik Azərbaycan
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə tərəflər xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin... 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T11:34+0400
2022-05-10T11:34+0400
2022-05-10T11:50+0400
siyasət
xələf xələfov
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40911/58/409115833_0:0:1173:659_1920x0_80_0_0_897d3f585b33907d89f98ab47efb565d.jpg
BAKI, 10 may — Sputnik. Qazax rayonunun yeddi kəndinin və Kərkinin qaytarılması delimitasiya prosesinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib."Bu ərazilərin Azərbaycana qaytarılması ilə bağlı məsələ davam edən danışıqlar nəticəsində öz həllini tapacaq", - Xələf Xələfov bildirib.Xələfov onu da əlavə edib ki, sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılmalıdır.Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı və Yerevanın öz ərazilərində mövcud anklavlarla bağlı məsələni müzakirə etmədiyini deyib.X.Xələfov bu gün Ermənistanda baş verənlərin bu ölkənin daxili işi olduğunu bildirib:"Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir", - deyə Xələf Xələfov vurğulayıb. (APA)Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları prosesində rəsmi Bakı Yerevana beş təklif verib. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan ötən həftə verdiyi açıqlamada rəsmi Yerevanın da Bakıya sülh danışıqları prosesində 6 təklif verdiyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40911/58/409115833_138:0:1017:659_1920x0_80_0_0_26e3cba1be7ff84e39088019d08a40e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xələf xələfov, ermənistan, azərbaycan
xələf xələfov, ermənistan, azərbaycan
XİN Qazaxın yeddi kəndinin taleyinə aydınlıq gətirdi
11:34 10.05.2022 (Yenilənib: 11:50 10.05.2022) İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə tərəflər xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin hazırlanması üzərində iş aparılacağı barədə razılıq əldə olunub.
BAKI, 10 may — Sputnik. Qazax rayonunun yeddi kəndinin və Kərkinin qaytarılması delimitasiya prosesinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
"Bu ərazilərin Azərbaycana qaytarılması ilə bağlı məsələ davam edən danışıqlar nəticəsində öz həllini tapacaq", - Xələf Xələfov bildirib.
Xələfov onu da əlavə edib ki, sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılmalıdır.
Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı və Yerevanın öz ərazilərində mövcud anklavlarla bağlı məsələni müzakirə etmədiyini deyib.
X.Xələfov bu gün Ermənistanda baş verənlərin bu ölkənin daxili işi olduğunu bildirib:
"Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir", - deyə Xələf Xələfov vurğulayıb. (APA)
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları prosesində rəsmi Bakı Yerevana beş təklif verib. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan ötən həftə verdiyi açıqlamada rəsmi Yerevanın da Bakıya sülh danışıqları prosesində 6 təklif verdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.