https://sputnik.az/20220507/putinin-dorduncu-prezidentlik-muddeti-dunyani-ne-gozleyir-441719187.html
Putinin dördüncü prezidentlik müddəti: Dünyanı nə gözləyir?
Putinin dördüncü prezidentlik müddəti: Dünyanı nə gözləyir?
Sputnik Azərbaycan
Ekspertlər hesab edirlər ki, böyük təlatümlər və dünya arenasında yeni oyun qaydalarının formalaşdığı bir dövrdə Rusiya öz yerini tapmalıdır. 07.05.2022, Sputnik Azərbaycan
2022-05-07T10:00+0400
2022-05-07T10:00+0400
2022-05-07T11:02+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439425658_0:0:2741:1543_1920x0_80_0_0_9b76c002e66a7916109f487a45246cf1.jpg
BAKI, 7 may — Sputnik. Dörd il əvvəl, 2018-ci il mayın 7-də Vladimir Putinin dördüncü prezidentlik müddəti başlayıb və 2024-cü ilə qədər davam edəcək. 2018-ci il martın 18-də keçirilən seçkilərdə Putin 76,69% səs toplayıb.Rusiya Prezidenti Vladimir Putin dördüncü prezidentlik müddətində çox çətin şərtlər altında "vəziyyəti idarə etməli" olub.İndi əsas məsələ - Qərblə qarşıdurmadır. İndi, böyük təlatümlər və dünya arenasında yeni oyun qaydalarının formalaşdığı bir dövrdə Rusiya öz yerini tapmalıdır.RİA Novosti-yə müsahibə verən ekspertlər Rusiyanın təhlükəsizliyini təmin etmək, iqtisadi inkişaf, vətəndaşların hüquqlarını qorumaq və iqtisadi subyektlərə kömək etmək istiqamətində kursun qorunmasını vacib hesab edirlər, həmçinin, yeni dost ittifaqların yaradılmasına diqqət yetrimək lazımdır. Bu sahədə görüləsi çox iş var. Konkret olaraq "Çinə tərəf fəqliyyəti genişləndirmək" olar.Enerji diplomatiyası"Minçenko konsaltinq" şirkətinin prezidenti Yevgeni Minçenko hesab edir ki, son üç il ərzində planlaşdırılan bütün proqramları hələ də həyata keçirmək mümkün olmasa da, eyni zamanda, davam edən pandemiya dövründə əmək bazarını və iqtisadiyyatı saxlamaq mümkün olub."Əlbəttə ki, son üç il çətin ki, firavanlıq illərinə çevrilib, lakin eyni zamanda, nə genişmiqyaslı işsizliyin, nə də əhalinin gəlirlərinin kəskin azalmasının qarşısını almaq mümkün olub", - deyə Minçenko bildirib.Politoloq qeyd edir ki, hazırkı prezidentlik dövrünün ilk illərində Rusiya enerji diplomatiyası sahəsində uğurlar qazana bilib."Koronavirus şəraitində neftin qiyməti kəskin enməyə başlayanda və OPEK+ böhran razılaşması yarananda, Putin və bu vəzifəni danışıqçı qismində həll edən Novak (Rusiya Federasiyasının Baş nazirinin müavini) yenə də tərəfdaşlarla razılığa gələ bildi və bu razılaşmaların nəticəsi olaraq enerji bazarlarında sabitliyin qorunmasının nəticəsidir ki, bu gün biz profisit büdcə ilə geosiyasi böhrana daxil olduq", - deyə ekspert qeyd edib.Onun sözlərinə görə, prezidentin iqtisadi sıçrayışla bağlı qarşıya qoyduğu vəzifələr əvvəlcə koronavirusun yeni reallıqları ilə, sonra isə qlobal siyasi vəziyyətin mürəkkəbləşməsi ilə qarşılaşıb.Kadrların yenidən qurulmasıEkspertlər bildiriblər ki, Dördüncü prezidentlik müddətində Putin dövlət məmurları üçün yeni kadr siyasəti üzərində işini davam etdirib, 2012-ci ildən mövcud olan qeyri-rəsmi idarəetmə sistemi ləğv edilib və onun yerində yenisi yaradılıb.Minçenkonun fikrincə, hazırda idarəetmə sistemində dəyişiklik baş verir."İndi düstur qaydalarının dəyişdirilməsi ona gətirib çıxarır ki, qeyri-rəsmi idarəetmə sistemi də dəyişir, çünki düşünürəm ki, bizim təsvir etdiyimiz model 2012-ci ildən etibarən "Putin-Medvedev" tandeminin dağıdılmasından bəri mövcud olan və "Politbüro 2.0" adlandırdığımız və açıq-aşkar liderin - Vladimir Putinin olduğu modeldir. Təxminən səkkiz-on böyük təsir mərkəzi və ikinci səviyyəli 20-yə yaxın təsir mərkəzi var. Biz görürük ki, bu gün bu sistem dağıdılıb və onun yerində başqa bir şey yaradılır. Və bu yeni elit balans sistemi, yəqin ki, növbəti bir il yarım ərzində qurulacaq", - deyə ekspert bildiribMinçenko onu da qeyd edib ki, son illər Rusiyada siyasi rəqabətin artması, deputatların və qubernatorların ciddi şəkildə yenilənməsi müşahidə olunur."Əslində Dövlət Dumasında 5 partiyanın qalması - sağ liberal partiyanın keçməsi - mənim fikrimcə, kifayət qədər mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, rəqabətli seçkilərin qalmasının və həm deputat, həm də qubernator korpusunun kifayət qədər ciddi yenilənməsinin baş verdiyinin göstəricisidir", - deyə Minçenko əlavə edib.Geosiyasi qarşıdurmaMinçenkonun fikrincə, bu və ya digər şəkildə hər şey dünyanın yenidən təşkili, geosiyasi qarşıdurma ətrafında dövr edəcək."Əslində, bütün dünya böyük təlatümlər dövrünə qədəm qoyub, oyun qaydaları dəyişəndə Rusiya nəinki dayanmalı olmayacaq, həm də bu dəyişmiş dünyada öz yerini tapmalı olacaq", - deyə o, belə hesab edir."Eyni zamanda, Qərblə qarşıdurmanın onilliklərdir davam etdiyi açıq-aydın görünür və bunların hamısı çox mürəkkəb və vaxt aparan hadisələrdir. Düşünürəm ki, bunun ən azı bir müddət daha, Putinin növbəti prezidentlik müddətinə (konstitusiya buna imkan verir) qədər davam etməsi ehtimalı yüksəkdir", - deyə Minçenko əlavə edib."Siyasi Ekspert Qrupu"nun rəhbəri Konstantin Kalaçev əlavə edib ki, bu gün Rusiya Qərblə qarşıdurmadadır, ona görə də inkişaf və əməkdaşlıq üçün yeni yollar axtarır."Bu gün Rusiya şərqdə Çinə tərəf dönməyə məcburdur, lakin indiyə qədər bütün bunlar sadəcə söz idi. Biz hələ bu risk və təhdidlərin, bu çağırışların, bu geri dönüşlərin real nəticələri ilə üzləşməmişik... İndi bu, hadisələrin necə cərəyan edəcəyindən, Ukrayna necə başa çatacağından asılıdır", - deyə Kalaçev bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439425658_39:0:2502:1847_1920x0_80_0_0_32e1335c0e81f67705c62a0b494f38f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin
putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Putinin dördüncü prezidentlik müddəti: Dünyanı nə gözləyir?
10:00 07.05.2022 (Yenilənib: 11:02 07.05.2022) Ekspertlər hesab edirlər ki, böyük təlatümlər və dünya arenasında yeni oyun qaydalarının formalaşdığı bir dövrdə Rusiya öz yerini tapmalıdır.
BAKI, 7 may — Sputnik. Dörd il əvvəl, 2018-ci il mayın 7-də Vladimir Putinin dördüncü prezidentlik müddəti başlayıb və 2024-cü ilə qədər davam edəcək. 2018-ci il martın 18-də keçirilən seçkilərdə Putin 76,69% səs toplayıb.
Rusiya Prezidenti Vladimir Putin dördüncü prezidentlik müddətində çox çətin şərtlər altında "vəziyyəti idarə etməli" olub.
İndi əsas məsələ - Qərblə qarşıdurmadır. İndi, böyük təlatümlər və dünya arenasında yeni oyun qaydalarının formalaşdığı bir dövrdə Rusiya öz yerini tapmalıdır.
RİA Novosti-yə müsahibə verən ekspertlər Rusiyanın təhlükəsizliyini təmin etmək, iqtisadi inkişaf, vətəndaşların hüquqlarını qorumaq və iqtisadi subyektlərə kömək etmək istiqamətində kursun qorunmasını vacib hesab edirlər, həmçinin, yeni dost ittifaqların yaradılmasına diqqət yetrimək lazımdır. Bu sahədə görüləsi çox iş var. Konkret olaraq "Çinə tərəf fəqliyyəti genişləndirmək" olar.
"Minçenko konsaltinq" şirkətinin prezidenti Yevgeni Minçenko hesab edir ki, son üç il ərzində planlaşdırılan bütün proqramları hələ də həyata keçirmək mümkün olmasa da, eyni zamanda, davam edən pandemiya dövründə əmək bazarını və iqtisadiyyatı saxlamaq mümkün olub.
"Əlbəttə ki, son üç il çətin ki, firavanlıq illərinə çevrilib, lakin eyni zamanda, nə genişmiqyaslı işsizliyin, nə də əhalinin gəlirlərinin kəskin azalmasının qarşısını almaq mümkün olub", - deyə Minçenko bildirib.
Politoloq qeyd edir ki, hazırkı prezidentlik dövrünün ilk illərində Rusiya enerji diplomatiyası sahəsində uğurlar qazana bilib.
"Koronavirus şəraitində neftin qiyməti kəskin enməyə başlayanda və OPEK+ böhran razılaşması yarananda, Putin və bu vəzifəni danışıqçı qismində həll edən Novak (Rusiya Federasiyasının Baş nazirinin müavini) yenə də tərəfdaşlarla razılığa gələ bildi və bu razılaşmaların nəticəsi olaraq enerji bazarlarında sabitliyin qorunmasının nəticəsidir ki, bu gün biz profisit büdcə ilə geosiyasi böhrana daxil olduq", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, prezidentin iqtisadi sıçrayışla bağlı qarşıya qoyduğu vəzifələr əvvəlcə koronavirusun yeni reallıqları ilə, sonra isə qlobal siyasi vəziyyətin mürəkkəbləşməsi ilə qarşılaşıb.
Kadrların yenidən qurulması
Ekspertlər bildiriblər ki, Dördüncü prezidentlik müddətində Putin dövlət məmurları üçün yeni kadr siyasəti üzərində işini davam etdirib, 2012-ci ildən mövcud olan qeyri-rəsmi idarəetmə sistemi ləğv edilib və onun yerində yenisi yaradılıb.
Minçenkonun fikrincə, hazırda idarəetmə sistemində dəyişiklik baş verir.
"İndi düstur qaydalarının dəyişdirilməsi ona gətirib çıxarır ki, qeyri-rəsmi idarəetmə sistemi də dəyişir, çünki düşünürəm ki, bizim təsvir etdiyimiz model 2012-ci ildən etibarən "Putin-Medvedev" tandeminin dağıdılmasından bəri mövcud olan və "Politbüro 2.0" adlandırdığımız və açıq-aşkar liderin - Vladimir Putinin olduğu modeldir. Təxminən səkkiz-on böyük təsir mərkəzi və ikinci səviyyəli 20-yə yaxın təsir mərkəzi var. Biz görürük ki, bu gün bu sistem dağıdılıb və onun yerində başqa bir şey yaradılır. Və bu yeni elit balans sistemi, yəqin ki, növbəti bir il yarım ərzində qurulacaq", - deyə ekspert bildirib
Minçenko onu da qeyd edib ki, son illər Rusiyada siyasi rəqabətin artması, deputatların və qubernatorların ciddi şəkildə yenilənməsi müşahidə olunur.
"Əslində Dövlət Dumasında 5 partiyanın qalması - sağ liberal partiyanın keçməsi - mənim fikrimcə, kifayət qədər mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, rəqabətli seçkilərin qalmasının və həm deputat, həm də qubernator korpusunun kifayət qədər ciddi yenilənməsinin baş verdiyinin göstəricisidir", - deyə Minçenko əlavə edib.
Minçenkonun fikrincə, bu və ya digər şəkildə hər şey dünyanın yenidən təşkili, geosiyasi qarşıdurma ətrafında dövr edəcək.
"Əslində, bütün dünya böyük təlatümlər dövrünə qədəm qoyub, oyun qaydaları dəyişəndə Rusiya nəinki dayanmalı olmayacaq, həm də bu dəyişmiş dünyada öz yerini tapmalı olacaq", - deyə o, belə hesab edir.
"Eyni zamanda, Qərblə qarşıdurmanın onilliklərdir davam etdiyi açıq-aydın görünür və bunların hamısı çox mürəkkəb və vaxt aparan hadisələrdir. Düşünürəm ki, bunun ən azı bir müddət daha, Putinin növbəti prezidentlik müddətinə (konstitusiya buna imkan verir) qədər davam etməsi ehtimalı yüksəkdir", - deyə Minçenko əlavə edib.
"Siyasi Ekspert Qrupu"nun rəhbəri Konstantin Kalaçev əlavə edib ki, bu gün Rusiya Qərblə qarşıdurmadadır, ona görə də inkişaf və əməkdaşlıq üçün yeni yollar axtarır.
"Bu gün Rusiya şərqdə Çinə tərəf dönməyə məcburdur, lakin indiyə qədər bütün bunlar sadəcə söz idi. Biz hələ bu risk və təhdidlərin, bu çağırışların, bu geri dönüşlərin real nəticələri ilə üzləşməmişik... İndi bu, hadisələrin necə cərəyan edəcəyindən, Ukrayna necə başa çatacağından asılıdır", - deyə Kalaçev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.