Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlar üçün olan vaksinlər illərlə sınaqdan keçirilir

© AFP 2024 / MENAHEM KAHANAUşağa peyvənd vurulur, arxiv şəkli
Uşağa peyvənd vurulur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
İmmun sistemi müqavimət göstərənə qədər infeksiyalar körpələrin sağlamlığına zərər vura bilər.
BAKI, 6 may — Sputnik. Uşaqların profilaktik peyvənd təqviminə daxil olan hər bir vaksin orta hesabla 10-15 il sınaqdan keçirilir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov deyib.
O bildirib ki, elmi araşdırmalarla əsaslı şəkildə sübut olunub ki, hətta bir neçə peyvəndin eyni vaxtda tətbiqi belə uşağın immunitetinə mənfi təsir göstərmir: "Körpələr doğuşdan dərhal sonra hər gün yüzlərlə və minlərlə yad maddələrə və mikroorqanizmlərə, müxtəlif, o cümlədən patogen bakteriyaların təsirinə məruz qalırlar. Buna baxmayaraq, onların immun sistemi bu yükün öhdəsindən uğurla gəlir".
Nazirlik rəsmisi təəssüflə qeyd edib ki, körpə üçün çox təhlükəli olan mikroblar var: "İmmunitet sistemi müqavimət göstərənə qədər bu infeksiyalar körpələrin sağlamlığına zərər verə bilər. Məhz bu mikroblara qarşı peyvəndlər tətbiq olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanda hotel əməkdaşına peyvənd vurur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
SƏHİYYƏ
Koronavirusa qarşı ömürlük vaksin yoxdur - Nə etməli?
Xəbər lenti
0