Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"TikTok"da şərhə görə adam öldürən şəxsə doqquz il cəza verilib

© AFP 2024 / NARINDER NANUTikTok loqosu
TikTok loqosu - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Sosial şəbəkədə dava düşdü, biri öldü, digəri cəza aldı.
BAKI, 5 may — Sputnik. Ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qeyd edək ki, ötən il noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "TikTok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onu da qeyd edək ki, hadisə zamanı ölən şəxs ehtiyatda olan leytenant olub və Vətən müharibəsində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Бакинский Суд по Тяжким Преступлениям - Sputnik Azərbaycan, 1920, 12.02.2021
CƏMİYYƏT
Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi rüşvət və dələduzluğa görə həbs edilib
Xəbər lenti
0