https://sputnik.az/20220505/bagcalara-elektron-qaydada-qeydiyyat-baslayacaq-441673978.html
Bağçalara elektron qaydada qeydiyyat başlayacaq
Bağçalara elektron qaydada qeydiyyat başlayacaq
Sputnik Azərbaycan
Bağçalara qeydiyyatın elektron olması gələcəkdə təhsilin davamlılığı və əlçatanlığını təmin edəcək. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T13:14+0400
2022-05-05T13:14+0400
2022-05-05T13:14+0400
azərbaycan xəbərləri
azərbaycan
uşaq bağçası
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427781654_0:100:3072:1828_1920x0_80_0_0_2d6ac61cb90b2d7b5580d8949e27c7bb.jpg
BAKI, 5 may — Sputnik. Yaxın günlərdə elektron qaydada bağçalara qeydiyyat aparılacaq.Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. APA-nın xəbərinə görə, O.Abbasov bildirib ki, daha öncədən vahid bir sistemin olmasında çətinlik var idi. Bu ildən etibarən məktəbəqədər təhsil müəssilərinə qeydiyyat da vahid sistem üzərindən, yəni elektron qaydada həyata keçiriləcək".O.Abbasov deyir ki, bu, gələcəkdə təhsilin davamlılığı və əlçatanlığını təmin edəcək".Qeyd edək ki, ötən ay təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib. Bu barədə nazir müvafiq əmr imzalayıb.Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20170701/ushaq-bagcasi-bitkoin-ile-odemeni-qebul-etmeye-bashladi-410939219.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427781654_182:0:2913:2048_1920x0_80_0_0_10787d766b12bcf2ad73d89afb2167c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, uşaq bağçası, təhsil
azərbaycan, uşaq bağçası, təhsil
Bağçalara elektron qaydada qeydiyyat başlayacaq
Bağçalara qeydiyyatın elektron olması gələcəkdə təhsilin davamlılığı və əlçatanlığını təmin edəcək.
BAKI, 5 may — Sputnik. Yaxın günlərdə elektron qaydada bağçalara qeydiyyat aparılacaq.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. APA-nın xəbərinə görə, O.Abbasov bildirib ki, daha öncədən vahid bir sistemin olmasında çətinlik var idi. Bu ildən etibarən məktəbəqədər təhsil müəssilərinə qeydiyyat da vahid sistem üzərindən, yəni elektron qaydada həyata keçiriləcək".
O.Abbasov deyir ki, bu, gələcəkdə təhsilin davamlılığı və əlçatanlığını təmin edəcək".
Qeyd edək ki, ötən ay təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib. Bu barədə nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.