DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

XİN: Moskva dost olmayan ölkələrin şirkətlərinə qarşı ayrı-seçkilik etməyəcək

© AFP 2023 / DIMITAR DILKOFFRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Dmitri Biriçevski deyib ki, Moskva Rusiyaya, onun şirkət və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlərə qoşulmayan hər kəslə konstruktiv münasibətləri aktivləşdirmək niyyətindədir.
BAKI, 4 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Moskva, hətta sanksiyalar altında olsa belə, qeyri-dost ölkələrdən olan şirkətlərə qarşı milli zəmində ayrı-seçkilik etmək niyyətində deyil.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının cavab sanksiyaları altında olan şirkətlər və şəxslərlə əməliyyatlar üzrə öhdəliklərin yerinə yetirilməsini, eləcə də maliyyə əməliyyatlarının aparılmasını qadağan etmişdi.
Rusiya Federasiyasının qanunvericiliyi altında olan müxtəlif strukturlara və fiziki şəxslərə, cavab sanksiyalarına məruz qalan şirkətlər və şəxslərlə əməliyyatlar aparmaq qadağandır.
Biriçevski "Rossiyskaya qazeta"ya müsahibəsində deyib:
"Biz, həmçinin, "dost olmayan" ölkələrdən olan biznes tərəfdaşları ilə konstruktiv dialoqu davam etdirməyə açığıq. Şirkətlərə qarşı münasibətlərimizdə milli mənsubiyyətinə görə ayrı-seçkilik etmək fikrində deyilik".
O, ironiya ilə qeyd edib ki, Qərb hökumətləri sanksiyalar vasitəsilə öz şirkətlərinə Rusiya ilə biznes qurmaq üçün elə "əlverişli" şərait yaradıblar ki, indi onlar uyğunlaşmaq məcburiyyətində qalacaqlar.
"Yeri gəlmişkən, onlar artıq bunu edirlər. Buna misal olaraq enerji resurslarımız üçün ödənişin rubla köçürülməsini göstərmək olar", - deyə diplomat xatırladıb.
O, eyni zamanda əlavə edib ki, Moskva Rusiyaya, onun şirkət və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlərə qoşulmayan hər kəslə konstruktiv münasibətləri aktivləşdirmək niyyətindədir.
Martın 23-də Putin hesablamalarda dollar və avrodan istifadədən imtina etmək üçün Aİ ölkələrinə və Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən digər dövlətlərə təbii qaz tədarükü üçün ödənişin rubla köçürüldüyünü açıqlayıb. Sonra prezident müvafiq fərman imzalayıb və bildirib ki, əgər aprelin 1-dən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələrinin yerinə yetirilməməsi hesab edəcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının yaxın 5-10 il ərzində Rusiya neft və qazını tamamilə əvəz edə biləyəcəyi ehtimalı azdır və sənayenin əsas oyunçuları bu fikirlə razıdır. O qeyd edib ki, hətta Avropanın Rusiya neftindən imtina etməsini müzakirə etmək belə bazar üçün mənfidir, o, buna dərhal reaksiya verir. Rusiya nefti və qazı olmasa, dünya ağır böhrana girəcək, qiymətlər gözlənilməz həddə olacaq.
Dmitri Biriçevski, həmçinin, qeyd edib ki, Rusiya neft və qazından imtina Avropa və dünya iqtisadiyyatları üçün çox böyük nəticələrə gətirib çıxaracaq. Avropa Rusiya qazından və neftindən çox asılıdır.
"Hətta Avropa ümumi qənaətə keçsə, dünyanın digər regionlarında tədarükçülər tapsa və bərpa olunan enerji mənbələrinə keçsə belə, ən ideal ssenaridə o, enerji resurslarının yalnız 80%-ni əvəz edə biləcək. Reallıqda isə bu rəqəm daha azdır. Mütəxəssislər əmindirlər ki, mart ayında Rusiya Federasiyasına qarşı sanksiyaların səbəb olduğu enerji qiymətlərinin rekord həddə yüksəlməsi son hədd deyil, - deyə Novak bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 20.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiyaya qarşı sanksiyalar qanunsuzdur - Volodin
Xəbər lenti
0