Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu NATO-ya xəbərdarlıq etdi: Ukraynaya göndərdiyiniz nə varsa, məhv ediləcək

© Sputnik / Ministry of Defence of the Russian Federation / Vadim Savitskii / Mediabanka keçid Serqey Şoyqu
 Serqey Şoyqu - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynaya silah-sursat daşıyan istənilən NATO nəqliyyat vasitəsi məhv edilmək üçün qanuni hədəf hesab olunur.
BAKI, 4 may — Sputnik. Ukraynaya silah və sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah göndərməkdə davam edirlər. Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya maddi ləvazımatlarla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur", - Şoyqu deyib.
Onun sözlərinə görə, xüsusi əməliyyatın gedişində rus hərbçiləri cəsarət və şücaət göstərir, öz hərbi borcunu şərəflə yerinə yetirir, Donbass əhalisinin təhlükəsizliyini təmin edir.
"Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək", - Şoyqu vurğulayıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sergey Şoyqu və Hülusi Akar - Sputnik Azərbaycan, 1920, 07.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Şoyqu türkiyəli həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Xəbər lenti
0