DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mayın 9-da Qırmızı Meydanda keçiriləcək parada nə qədər adamın qatılacağı açıqlandı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidMayın 9-da Qırmızı Meydanda keçiriləcək parada hazırlıq
Mayın 9-da Qırmızı Meydanda keçiriləcək parada hazırlıq - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, mayın 9-da Qırmızı Meydanda keçiriləcək paradda 11 min insan iştirak edəcək.
BAKI, 4 may — Sputnik. Mayın 9-da Moskvanın Qırmızı Meydanında keçiriləcək hərbi parada 11 min insan , 131 növ silah, 77 uçuş aparatı cəlb ediləcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Ümumilikdə, 11 min insan, 131 növ silah və hərbi texnika, 77 uçuş aparatı iştirak edəcək", - deyə Şoyqu çərşənbə günü keçirilən konfransda bildirib.
Nazirin sözlərinə görə, "Naximov adına Hərbi Dəniz Məktəbinin Murmansk filialının parad heyətləri ilk dəfə piyada yürüş edəcək".
"Mexanikləşdirilmiş kolonun tərkib hissəsi kimi müasir avtomatlaşdırılmış istiqamətləndirmə və atəşə nəzarət sistemi ilə təchiz edilmiş 122 mm-lik "Tornado-Q" yaylım atəşi reaktiv sistemləri (YARS)
ilk dəfə olaraq Qırmızı Meydandan keçəcək", - deyə Şoyqu bildirib.
O bildirib ki, Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümünə həsr olunmuş paradın əsas baş məşqi mayın 7-nə planlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kosmonavt - Sputnik Azərbaycan, 1920, 29.04.2022
VİDEO
Rus kosmonavtları kosmosda Böyük Vətən Müharibəsinin Qələbə bayrağını açdılar
Xəbər lenti
0