Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kremldə Kiyevin danışıqlardan çıxmaq niyyəti ilə bağlı xəbərlər qeydə alınır - Peskov

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRF Prezidentinin mətbuat katibi Dmitri Peskov
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Rusiya liderinin mətbuat katibi bildirib ki, danışıqlar prosesində hər hansı dinamikanın olduğunu söyləmək hələ ki, mümkün deyil.
BAKI, 4 may - Sputnik. Kreml Kiyevin danışıqlar prosesindən geri çəkilmək istəyi ilə bağlı xəbərləri qeydə alır, Ukrayna tərəfindən danışıq aparanların qeyri-ardıcıl fəaliyyəti Rusiya tərəfindən müxtəlif səviyyələrdə dəfələrlə bəyan edilib. Bunu çərşənbə günü jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Danışıqlar prosesində hər hansı dinamikanın olduğunu demək hələ ki, mümkün deyil, əksinə. Ukrayna tərəfinin qeyri-sabit davranışı müxtəlif səviyyələrdə bizim tərəfimizdən dəfələrlə bəyan edilib. Onlar hər gün mövqelərini dəyişirlər, lakin Kiyevdən daha tez-tez belə bəyanatlar eşidilir. Bəli, biz də bunu qeydə alırıq”, - deyə Peskov jurnalistlərin Ukraynanın danışıqlar prosesindən çıxmaq planları ilə bağlı sualını cavablandırıb.
Rusiya liderinin mətbuat katibi onu da vurğulayıb ki, bununla yanaşı, danışıqları aparanlarınbelə qeyri-ardıcıl mövqeyinə Kreml mənfi münasibət bəsləyir.
"Bu, bu danışıqlar prosesinin hansısa bir şəkildə məhsuldar başa çatacağına inam yaratmır", deyə Peskov əlavə edib.
Jurnalistlərin “Azovstal” ətrafında Rusiyanın taktikasında hər hansı dəyişikliyin gözlənilməsi ilə bağlı suallarını cavablandıran Peskov qeyd edib ki, Mariupoldakı adıçəkilən metallurgiya zavoduna heç bir hücum yoxdur – şiddətlənmələr düşmənin atəş mövqelərinə daxil olması səbəbindən baş verir, lakin bu cəhdlərin qarşısı alınır:
"Ali baş komandan tərəfindən açıq şəkildə hücumu ləğv etmək əmri verilib, heç bir hücum yoxdur. Biz görürük ki, yaraqlıların atəş mövqelərinə keçmələri ilə bağlı gərginliklər var. Bu cəhdlərin qarşısı operativ şəkildə alınır. Bununla bağlı deməli başqa heç nə yoxdur".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 04.05.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Volodin: NATO Ukraynanı Rusiyaya hücuma hazırlayırdı
Xəbər lenti
0