https://sputnik.az/20220502/lavrov-putinin-sehheti-barede-bunu-onun-gorusduyu-xarici-qonaqlardan-sorusun-441598378.html
Lavrov Putinin səhhəti barədə: Bunu onun görüşdüyü xarici qonaqlardan soruşun
Lavrov Putinin səhhəti barədə: Bunu onun görüşdüyü xarici qonaqlardan soruşun
Sputnik Azərbaycan
Rusiya XİN başçısı qeyd edib ki, hərbçilər süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Amma həmişə olduğu... 02.05.2022, Sputnik Azərbaycan
2022-05-02T08:10+0400
2022-05-02T08:10+0400
2022-05-02T08:10+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441152111_0:0:2954:1662_1920x0_80_0_0_40010b0c39fc3ca1cd09b852a7649832.jpg
BAKI, 2 may - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Nazir prezidentin səhhətinə şübhə edənlərə məsləhət görüb ki, bu barədə onun qəbul etdiyi xarici qonaqlardan soruşsunlar.“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.Sergey Lavrov İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində həmçinin deyib ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.
https://sputnik.az/20220429/lavrov-ukraynadaki-xususi-emeliyyatin-ne-vaxt-basa-catacagini-aciqlayib-441562695.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441152111_223:0:2954:2048_1920x0_80_0_0_67c7e1547635a9f46cf579cc315b9831.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, putin, rusiya prezidenti vladimir putin
rusiya, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, putin, rusiya prezidenti vladimir putin
Lavrov Putinin səhhəti barədə: Bunu onun görüşdüyü xarici qonaqlardan soruşun
Rusiya XİN başçısı qeyd edib ki, hərbçilər süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Amma həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəklər.
BAKI, 2 may - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazir prezidentin səhhətinə şübhə edənlərə məsləhət görüb ki, bu barədə onun qəbul etdiyi xarici qonaqlardan soruşsunlar.
“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.
Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.
Sergey Lavrov İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində həmçinin deyib ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.
“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.