CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Azərbaycanda Ramazan bayramı başlayır

© AFP 2023 / ASIF HASSANMüsəlmanlar namaz qılırlar, arxiv şəkli
Müsəlmanlar namaz qılırlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Paytaxtın əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
BAKI, 2 may - Sputnik. Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Odur ki, Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.
Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
Инфографика: Главные правила месяца Рамазан (плашки) - Sputnik Azərbaycan, 1920, 07.04.2022
İNFOQRAFİKA
Ramazan ayının əsas qaydaları
Xəbər lenti
0