CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

© Sputnik / Murad OrujovBakıda məsciddə namaz qılan şəxslər
Bakıda məsciddə namaz qılan şəxslər - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə müsəlmanlar toplu şəkildə namaz qılıblar.
BAKI, 2 may - Sputnik. Ramazan ayının başa çatması ilə əlaqədar olaraq bu gün Azərbaycanda bayram namazı qılınıb.
Bayram namazında QMİ-nin rəsmiləri, bir sıra xarici ölkələrin vətəndaşları və yerli əhali iştirak edib.
"Report" xəbər verir ki, "Təzə Pir" məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayevin pişnamazlığı ilə qılınıb.
Bayram namazında insanlar Allaha dualar edib, günahlarının bağışlanmasını diləyiblər.
Pandemiya ilə bağlı məhdudiyyətlərdən sonra ilk kütləvi bayram namazı qılınıb.
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
namaz - Sputnik Azərbaycan, 1920, 26.04.2022
CƏMİYYƏT
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb
Xəbər lenti
0