https://sputnik.az/20220427/olkede-erzaqliq-bugda-ehtiyati-telebati-qarsilayacaq-441479628.html
Ölkədə ərzaqlıq buğda ehtiyatı tələbatı qarşılayacaq?
Ölkədə ərzaqlıq buğda ehtiyatı tələbatı qarşılayacaq?
Sputnik Azərbaycan
Kənd təsərrüfatı nazirinin müavini Rusiya və Qazaxıstanın buğda ixracını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edib. 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T14:56+0400
2022-04-27T14:56+0400
2022-04-27T14:56+0400
buğda
iqtisadiyyat
azərbaycan
ərzaq
https://cdnn1.img.sputnik.az/img/42209/78/422097829_0:0:2905:1634_1920x0_80_0_0_ef5061f6c5c59432da8969a4b0074533.jpg
BAKI, 27 aprel — Sputnik. Azərbaycanda ərzaq buğda ehtiyatları tələbatı qarşılayacaq səviyyədədir. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Rusiya və Qazaxıstanın buğda ixracını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edərkən deyib.APA-nın məlumatına görə, nazir müavini bildirib ki, xaricdən buğda idxal etdiyimiz ölkələrdə müvəqqəti qadağalar tətbiq edilməsi əvvəllər də yaşanıb.Bu qadağa ölkədə istifadə edilən ərzaqlıq buğda və başqa qida məhsulları ilə də bağlı ola bilər. Amma Azərbaycanın ərzaq ehtiyatı tələbatı qarşılayacaq səviyyədədir.İ.Qədimova onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ərzaqlıq buğdanın istehsalının artırılması üçün müzakirələr gedir, təkliflər üzərində işlənilir.Qazaxıstan bu il Azərbaycana buğda ixracını 27 dəfə artırıbQeyd edək ki, bu ilin 2 ayında Azərbaycana xaricdən 51 milyon 953.31 dollar dəyərində 150 min 597.5 ton buğda idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal buğdanın dəyəri 9.2 dəfəyədək, həcmi isə 6.7 dəfədən çox artıb. Ölkəyə gətirilən buğdanın 54.3%-i Qazaxıstanın, 45.7%-i isə Rusiyanın payına düşür. Hesabat dövründə Qazaxıstandan Azərbaycana 27.397 milyon dollarlıq 81 min 783.24 ton buğda tədarük olunub. Bu da illik müqayisədə həcm ifadəsində 27 dəfə, dəyər ifadəsində 34.2 dəfə çoxdur. Rusiyadan isə 24.556 milyon dollarlıq 68 min 814.25 ton buğda idxal olunub. Nəticədə, bu il Azərbaycanın buğda idxalında Qazaxıstanın payı ötən ilki 13.5%-dən 54.3%-ə qədər yüksəlib. Rusiyanın payı isə 86.4%-dən 45.7%-ə qədər enib.Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkilərinin əkildiyini söyləyib. Onun sözlərinə görə, bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır.Buğda istehsalı artıbÖtən il buğdanın əkin sahəsi 2015-ci ilə nisbətən 6.0% artıb, 2020-ci ilə nisbətən isə 2.7% azalaraq 572.3 min hektar olub.Keçən il buğda istehsalı 2015-ci ilə nəzərən 11.7%, 2020-ci ilə nisbətən isə 1.0% artaraq 1.9 milyon ton olub.Buğda istehsalının 40.0%-dən çoxu 10 rayonun payına düşüb: Cəlilabad, Şəki, Füzuli, Ağcabədi, İsmayıllı, Naxçıvan MR, Sabirabad, Saatlı, Ağsu, Qobustan.Buğdanın məhsuldarlığı ötən il 32.9 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 5.1%, 2020-ci ilə nisbətən 3.8% artıb.Buğdanın əsas istehsalçı rayonları olan Sabirabad, Saatlı, Ağcabədi, İsmayıllı, Füzuli və Ağsu rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.2019-2021-ci illər ərzində daxili bazarda buğdanın 1 kiloqramının sahədən və ya topdan satış qiymətləri 0.35-0.52 manat arasında dəyişib.Ötən il Azərbaycana buğda idxalı əvvəlki ilə nisbətən 15.9% azalaraq 1.15 milyon ton olub.Azərbaycana buğda idxalı əsasən Rusiya (95.3%) və Qazaxıstandan (4.6%) həyata keçirilir.Təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.İstehsal üçün potensial varAprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən Azərbaycanda ərzaqlıq buğdanın istehsalını artırmaq qarşıya məsələ kimi qoyulub.Ölkədə taxıl istehsalı tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25% təmin edirik. Bu rəqəmin ən azı 70-75%-ə çatdırılması qarşıya məqsəd qoyulub.Prezident deyib ki, buna nail olmaq üçün həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində potensial və imkanlar var.O qeyd edib ki, bunun üçün həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur."Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq", - deyən prezident bunu çox yaxşı nəticə adlandırıb.İlham Əliyev vurğulayıb ki, həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/78/422097829_174:0:2905:2048_1920x0_80_0_0_3e5cf6e793773159f10850179eb87939.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
buğda, azərbaycan, ərzaq
Ölkədə ərzaqlıq buğda ehtiyatı tələbatı qarşılayacaq?
Kənd təsərrüfatı nazirinin müavini Rusiya və Qazaxıstanın buğda ixracını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edib.
BAKI, 27 aprel — Sputnik. Azərbaycanda ərzaq buğda ehtiyatları tələbatı qarşılayacaq səviyyədədir. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Rusiya və Qazaxıstanın buğda ixracını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edərkən deyib.
APA-nın məlumatına görə, nazir müavini bildirib ki, xaricdən buğda idxal etdiyimiz ölkələrdə müvəqqəti qadağalar tətbiq edilməsi əvvəllər də yaşanıb.
Bu qadağa ölkədə istifadə edilən ərzaqlıq buğda və başqa qida məhsulları ilə də bağlı ola bilər. Amma Azərbaycanın ərzaq ehtiyatı tələbatı qarşılayacaq səviyyədədir.
İ.Qədimova onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ərzaqlıq buğdanın istehsalının artırılması üçün müzakirələr gedir, təkliflər üzərində işlənilir.
Qazaxıstan bu il Azərbaycana buğda ixracını 27 dəfə artırıb
Qeyd edək ki, bu ilin 2 ayında Azərbaycana xaricdən 51 milyon 953.31 dollar dəyərində 150 min 597.5 ton buğda idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal buğdanın dəyəri 9.2 dəfəyədək, həcmi isə 6.7 dəfədən çox artıb. Ölkəyə gətirilən buğdanın 54.3%-i Qazaxıstanın, 45.7%-i isə Rusiyanın payına düşür. Hesabat dövründə Qazaxıstandan Azərbaycana 27.397 milyon dollarlıq 81 min 783.24 ton buğda tədarük olunub. Bu da illik müqayisədə həcm ifadəsində 27 dəfə, dəyər ifadəsində 34.2 dəfə çoxdur. Rusiyadan isə 24.556 milyon dollarlıq 68 min 814.25 ton buğda idxal olunub. Nəticədə, bu il Azərbaycanın buğda idxalında Qazaxıstanın payı ötən ilki 13.5%-dən 54.3%-ə qədər yüksəlib. Rusiyanın payı isə 86.4%-dən 45.7%-ə qədər enib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkilərinin əkildiyini söyləyib. Onun sözlərinə görə, bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır.
Ötən il buğdanın əkin sahəsi 2015-ci ilə nisbətən 6.0% artıb, 2020-ci ilə nisbətən isə 2.7% azalaraq 572.3 min hektar olub.
Keçən il buğda istehsalı 2015-ci ilə nəzərən 11.7%, 2020-ci ilə nisbətən isə 1.0% artaraq 1.9 milyon ton olub.
Buğda istehsalının 40.0%-dən çoxu 10 rayonun payına düşüb: Cəlilabad, Şəki, Füzuli, Ağcabədi, İsmayıllı, Naxçıvan MR, Sabirabad, Saatlı, Ağsu, Qobustan.
Buğdanın məhsuldarlığı ötən il 32.9 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 5.1%, 2020-ci ilə nisbətən 3.8% artıb.
Buğdanın əsas istehsalçı rayonları olan Sabirabad, Saatlı, Ağcabədi, İsmayıllı, Füzuli və Ağsu rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
2019-2021-ci illər ərzində daxili bazarda buğdanın 1 kiloqramının sahədən və ya topdan satış qiymətləri 0.35-0.52 manat arasında dəyişib.
Ötən il Azərbaycana buğda idxalı əvvəlki ilə nisbətən 15.9% azalaraq 1.15 milyon ton olub.
Azərbaycana buğda idxalı əsasən Rusiya (95.3%) və Qazaxıstandan (4.6%) həyata keçirilir.
Təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.
İstehsal üçün potensial var
Aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən Azərbaycanda ərzaqlıq buğdanın istehsalını artırmaq qarşıya məsələ kimi qoyulub.
Ölkədə taxıl istehsalı tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25% təmin edirik. Bu rəqəmin ən azı 70-75%-ə çatdırılması qarşıya məqsəd qoyulub.
Prezident deyib ki, buna nail olmaq üçün həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində potensial və imkanlar var.
O qeyd edib ki, bunun üçün həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur.
"Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq", - deyən prezident bunu çox yaxşı nəticə adlandırıb.
İlham Əliyev vurğulayıb ki, həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.