Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Dünya heç vaxt belə təhlükə ilə üzləşməmişdi": Donald Tramp nədən qorxur?

© AP Photo / John RaouxDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Ağıllı siyasətçilər ABŞ-ın öz problemləri ilə məşğul olmağının vaxtı çatıb. Çünki ölkə Böyük depressiyadan bəri tarixdə görünməmiş dərəcədə yoxsullaşır.
BAKI, 26 aprel — Sputnik. Bu günlərdə "Heritage Foundation"da çıxış edən keçmiş ABŞ prezidenti həmyerlilərinə, onların "ölkə tarixinin ən təhlükəli dövrünü" yaşadıqlarını deyib. Donald Tramp tam olaraq nədən qorxur? Qəribədir ki,onun qorxusu ilk növbədə öz həmvətənlərindən - Vaşinqton rejimini açıq şəkildə Ukrayna ərazisindəki münaqişəyə qarışmağa çağıranlardandır.
Xüsusi əməliyyatın yeni mərhələsi Rusiyanın Ukrayna probleminə son qoymaq əzmini nümayiş etdirdi. Qərb silahları ilə təchiz olunması Ukraynaya kömək etmir. İgid Qərb mütəxəssisləri də işi xilas etmirlər - onlar kütləvi şəkildə ölür, qaçır və ya təslim olurlar, sonra isə yazıq şəkildə kamera qarşısında şikayət edirlər ki, onları səhv başa düşüblər. Bir sözlə, Rusiya qalib gəlir. Nə etməli?
Amerika siyasətindəki bir neçə nadir ağıllı, sağlam səs deyir ki, amerikalıların bu işi atıb öz problemləri ilə məşğul olmalarının vaxtı çatıb. Və onların, əslində, Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Amerika xalqı Böyük depressiyadan bəri tarixdə görünməmiş dərəcədə, mərhələ-mərhələ yoxsullaşır.
Bununla belə, yerli informasiya sahəsi demək olar ki, tamamilə neokon şahinləri tərəfindən işğal olunub. Onlar isə artıq qlobal apokalipsis haqqında şəhvətli xəyallara dalıblar. "Armageddon sehrbazları" - xalq müharibə uğrunda ən quduz döyüşçüləri belə adlandırır.
Neokonların fikrincə, Ukraynadakı xüsusi əməliyyatın nəticəsi Amerika hegemonluğu üçün ekzistensial əhəmiyyət kəsb edir. "Ya ABŞ, ya da Rusiya" kimi. Birləşmiş Ştatlar üçün yeganə məqbul nəticə yalnız Rusiya qoşunlarının Ukraynadan tamamilə geri çəkilməsi, Krımın və Donbasın təslim olması ola bilər. Bunlar olmadan heç bir danışıqlar olmayacaq.
Əgər Rusiya xüsusi əməliyyatı uğurla başa vurarsa, bu, Vaşinqtonun son məğlubiyyəti olacaq. - Onlar belə iddia edirlər. Əfqanıstandan "aradan çıxdıqdan" sonra dünyada hələ də Amerikanın hərbi gücü ilə bağlı bəzi illüziyalar ola bilərdi. ABŞ Ukraynanı birləşdirdikdən sonra bu iş bitmiş hesab olunacaq. Necə deyərlər, "Akela səhv etdi".
Qeyri-ixtiyari sual yaranır – hətta bu cür olsa belə, burda qorxulu nə var ki? Hərbi münaqişələri qızışdıran, onlara qarışan və sonra rüsvayçılıqla qaçan tərəf heç də birinci amerikalılar deyil. Burada yeni nə var ki? Yerli siyasətçilər həmişə "başına gələn başmaqçı olar" üslubunda mübahisə etməyi, CNN və Washington Post-un təbliğatçıları isə istənilən ən qalmaqallı məğlubiyyəti qələbə kimi dəyərləndirməyi bacarıblar.
Amma bu gün Amerika siyasətçilərinin aqressiv qanadı görür ki, onların ölkələrinin hegemonluğu son nəfəsini verir. Və beləliklə, özlərini və ətraflarını inandırırlar ki, Ukraynadan yapışmaqla "son həlledici döyüş" dərsini verib hər şeyi geri qaytara bilərlər. Əslində isə, tarixi tendensiyalar belə işləmir. Buna baxmayaraq, neokonlar payları artırmağa və heyrətə gəlmiş amerikalıları apokalipsis üçün hazırlamağa davam edirlər.
Əvvəlcə fikir belə idi ki, Makdonalds və Starbaks-ı itirən ruslar küçələrə çıxacaq, rejimi yıxıb-sürüyəcək və Dövlət Departamentindən hansısa şəxsi hakimiyyətə gətirmək üçün qışqır-bağır salacaqlar. Həqiqətən də, heyrət ediləcək dərəcədə sadəlövh bir fikirdir. Beləlikə, burger və kofe şəklində olan vundervaffe işə yaramadı.
Buçadan səhnələşdirilmiş iyrənc kadrlar kimi təxribatlar da dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılandı. Amerikalılara başa salınmağa cəhd edildi ki, hələ Suriya hadisələrindən başlayaraq hər kəs onların saxtakarlığından bezib.
Bu isə o deməkdir ki, qarşıdurmanın intensivliyini artırmaq lazımdır. Hazırda iki eskalasiya ssenarisi mövcuddur. Birinciyə uyğun olaraq, Vaşinqton hələ də hərbçiləri Ukraynaya göndərəcək - yüksək rütbəli siyasətçilər getdikcə daha çox buna səsləyirlər.
İkinciyə görə, Amerika xüsusi xidmət orqanları Ukraynadakı əlaltılarının köməyi ilə Ukrayna ərazisində hansısa cəhənnəm təxribatı uydurmaq, sonra isə öz medialarını hər şeyi Rusiyanın üzərinə atmağa məcbur etmək istəyirlər. "Ağlasığmaz olana hazırlıq" adlı belə bir plan lap bu günlərdə Foreign Affairs -da imzalanıb.
Təxribat kimyəvi, bioloji və ya nüvə silahlarını əhatə edə bilər. Yeri gəlmişkən, Ukrayna ərazisindəki bütün bioloji silahlar yalnız Amerika mənşəlidir. Prezident Baydenin yaxın çevrəsindən olan insanlar laboratoriyaların tikintisinə və ən təhlükəli patogenlərlə təcrübələrə sərmayə qoyublar, əsas sponsorlar arasında isə onun oğlu Xanter də var idi.
Kimyəvi silahlarla olan hekayə eynidir. Rusiyada bu silah yoxdur. Kimyəvi Silahların Qadağan edilməsi və Məhv edilməsi Konvensiyasına uyğun olaraq o, tamamilə məhv edilib. Lakin ABŞ-da - Konvensiya iştirakçılarından yeganə ölkədə - tonlarla ölümcül kimya hələ də saxlanılır. Onun məhv edilməsi həmişə anlaşılmaz gecikmələrlə davam edib, uğurlu koronavirus pandemiyası isə bu prosesdə tamamilə fasilə yaradıb.
Nüvə sızması ehtimalı yalnız Kiyev rejiminin nəzarəti altında olan nüvə stansiyalarında mövcuddur. Yəni amerikalılar hansı təxribatı təşkil etsələr də, bunun onların öz cinayəti olduğu bütün dünyaya bəlli olacaq.
Hələ hansısa mərhələdə eskalasiyanın Rusiyanı qərar qəbul edən mərkəzlərə zərbə vurmağa məcbur edəcəyini demirik. Bu, birbaşa bizim strategiyamıza yazılıb, hadisələrin bütün məntiqi ilə diktə olunub. Ancaq yox, amerikalı analitiklər bunun tamamilə xırda bir təhlükə olduğuna inanırlar.
"Rusiya qorxunc nüvə arsenalına malik ola bilər, lakin <…> Moskvanın ondan istifadə etməsi riski həmişə son dərəcə əhəmiyyətsiz olub" - deyə görkəmli ekspert və Viktoriya Nulandın əri Robert Kaqan həmyerlilərini ruhlandırır. Ağzından bal damır, Robert...
Donald Trampı qorxudan da Kaqan kimi insanlardır. O, ölkəsini hara itələdiklərini çox gözəl görür və amerikalıları Rusiya ilə qarşıdurmanın nə qədər ölümcül ola biləcəyi barədə xəbərdar etməyə çalışır.
Ancaq burada çətinliklər yaranır. Amerikada hər hansı bir ölkənin nüvə silahı ilə ABŞ-I ciddi şəkildə məhv etməyə çalışa biləcəyinə dair hər hansı bir söz-söhbətə tabu var. Bu qorxu, təbii ki, adi amerikalıların ruhunu məhv edir, amma o, rəsmi informasiya meydanından tamamilə sıxışdırılıb çıxarılıb.
Buna görə də, ABŞ-da belə qeyri-real tələbat Hollivud tərəfindən yaradılan filmlərdəki zombilər, yadplanetlilər, vampirlər böyük maraq və tələbatla qarşılanır. Təsadüfi deyil ki, Amerika ədəbiyyatının əsas canlı klassiki Stiven Kinq olub. Bütün pop musiqi isə vətəndaşlara nüvə apokalipsisi ilə bağlı əbədi qorxularından qurtulmağa və nəzarət etməyə imkan verir.
Lakin ictimai məkanda isə hara qaçacağınızı və düşmən raketlərindən necə qorunacağınızı xüsusi müzakirə etmək olmaz. Ona görə də Tramp özünü çox dəqiq eyhamlarla ifadə etməyə məcburdur. "Hazırda "nüvə" sözü konfet kimi ətrafa atılır," o, qeyri-müəyyən çəkildə izah edir. "Belə etmək olmaz...Bu, hər dəqiqə sağa-sola deyiləsi söz deyil. Bu barədə heç vaxt deyilməyib və müzakirə olunmayıb. Çox böyük və katastrofik problemdir." Tramp Amerika ictimaiyyətinə diqqətlə xatırladıb ki, Rusiya onun vaxtında xüsusi əməliyyatlar keçirməyib. "Baxın," - deyə o fikrini bildirib: "Buşun dövründə Rusiya Gürcüstanı ələ keçirdi (Tramp Abxaziya və Cənubi Osetiyanın azad edilməsini nəzərdə tuturdu). Obamanın dövründə Krımı aldılar. Mənim dövründə heç nə, tamamilə heç nə".
Nə demək olar, bu, tamamilə ədalətlidir. Bəs niyə belə oldu? Ona görə ki, Tramp, ümumiyyətlə, Ukrayna ilə münasibətləRə fasilə vermişdi. Silah tədarükü ilə bağlı söhbətlər ləng gedirdi. Donbass ətrafında qoşunlar yığılmamışdı. Təxribatların olmadığı halda Moskva Minsk razılaşmalarının həyata keçirilməsinə ümid etməkdə davam edirdi. Sadəcə olaraq, xüsusi əməliyyata ehtiyac yox idi.
Cəmi bir il ərzində Bayden rejimi bu incə tarazlığı məhv etdi. Nəticə etibarı ilə dünya qlobal müharibənin astanasındadır və Robert Kaqan kimi aktyorlar əylənib oynayaraq onu daha da aşağı itələməyə çalışırlar.
Trampı tanınmış mühafizəkar publisist Pat Byukenan da təkrarlayır. Onun yeni köşə yazısı belə adlanır: "Bizim əsas məqsədimiz Rusiya ilə müharibədən qaçmaq olmalıdır". O, amerikalıların özünü qorumaq instinktinə səslənərək, onlara Amerika dövlətinin rəhbərlərinin SSRİ ilə münaqişədən necə qaçdıqlarını xatırladır. "Ayk" Eyzenhauer antisovet etirazları zamanı macarların müdafiəsinə qalxmadı, Con Kennedi Berlin divarının tikintisi ilə barışmadı, Lindon Conson Praqa baharı zamanı çexlərə kömək üçün qoşun göndərmədi.
Təəssüf ki, sağlam düşüncənin səsinin hərbi təbliğatın uğultusundan keçməsi çox çətindir. Yalnız "Sarmat" qitələrarası raketinin buraxılması kimi əlamətdar hadisələr amerikalıların özünümüdafiə instinktini oyada bilər.
Bu, Rusiyanın kimisə qorxutması deyil. Sadəcə olaraq, hamıya məlumdur ki, Amerikanın mövcud raketdən müdafiə sistemləri hətta əvvəlki nəsil ICBM-lərin (Qitələrarası ballistik raket) tutulmasının öhdəsindən gələ bilmir. Elmi-texniki rus düşüncəsinin şah əsəri "Sarmat" onlar üçün praktiki olaraq toxunulmazdır.
Bu cür gedişatda istənilən eskalasiya Ştatların əhalisi üçün birbaşa və bilavasitə təhlükə yaradır və ortalığı qızışdırmağa dəyməz. "Armageddon sehrbazları" üçün sadist xəyallarına qapılmağı dayandırmaq, informasiya sahəsindən uzaqlaşmaq və normal insanlara üçün yer boşaltmaq vaxtıdır. Ən azından Tramp kimi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0